"Pensiyaların gecikməsindən söhbət gedə bilməz"
Ötən gün 2020-ci ilin yanvar ayı üzrə pensiyaların ödənilməsinin Xəzinədarlıq orqanları tərəfindən gecikdirilməsi ilə bağlı yayılan fikirlərin heç bir əsası yoxdur. Bir qayda olaraq, Xəzinədarlıq orqanları tərəfindən ilk növbədə pensiya, müavinət, təqaüd və digər bu tipli sosial xərclərin maliyyələşdirilməsinin icrası tam və vaxtında təmin olunur”.
Bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.
O qeyd edib ki, cari ilin yanvarın 10-da dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna pensiyaların maliyyələşdirilməsi üçün 190,4 mln manat transfert ayrılıb.
“Yanvarın 14-də isə Fondun sifarişlərinə əsasən dövlət büdcəsindən ayrılmış transfert və ilin əvvəlinə DSMF-nin qalıq vəsaiti hesabına (98,6 mln manat) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi təmin edilib. Dünən, yanvarın 15-də isə DSMF-nin respublikanın digər şəhər və rayonları üzrə şöbələrinin hesablarına 128,5 mln manat vəsait köçürülüb və bu gün, gün ərzində pensiyaçıların kart hesablarına ödənilməsi tam təmin ediləcəkdir. Beləliklə, pensiyaların maliyyələşdirilməsində heç bir halda gecikmədən söhbət gedə bilməz, əksinə, respublikanın bütün şəhər və rayonları üzrə pensiyaların ödənişi ötən ilkindən 2 gün daha tez olmaqla maliyyələşdirilməsi həyata keçirilib”, - nazirlik rəsmisi bildirib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)






