Neft ABŞ-ın iranlı generalı öldürməsi ilə kəskin bahalaşdı
ABŞ Prezidenti Donald Trampın əmri ilə təşkil edilən bir hava hücumunda İraqda olan yüksək vəzifəli bir İranlı general öldürülüb. Bunun nəticəsində dünyanın ən mühüm neft istehsal bölgəsi Orta Şərqdə gərginliyin daha da artacağı narahatlıqları ilə Brent neftinin qiyməti 70 dollara yaxınlaşıb.
"Marja" xəbər verir ki, Brent nefitinin qiyməti 4%-dən çox yüksələrək 69,19 dolları görüb. Hava hücumunun ardından ABŞ xam nefti 4,4% bahalaşaraq 63.84 dollara qədər qalxıb. Sonradan qiymətlər bir qədər geriləyib. Hazırda (Bakı vaxtı ilə saat 11:25-də ) Brent nefti 3% bahalaşma ilə 68,24 dollardan alıcı tapır.
Xəbər verdiyimiz kimi, ABŞ-ın İraqın paytaxtı Bağdadda hava limanına təşkil etdiyi hava hücumunda İran İnqilab keşikçiləri Ordusuna bağlı Qüds Gücü Komandiri, general Qasım Süleymani və İran tərəfli "Haşdi Şabi" təşkilatının lider köməkçisi Ebu Mehdi əl-Mühendis öldürülüb.
Analitiklər bildirirlər ki, bu hadisə, İranın "burnunun qanamasından" daha çox bir şeydir. Bu, yeni Orta Şərq müharibəsinə səbəb ola biləcək aqressiv bir güc nümayişi və açıq bir təxribatdır.
İranın ən güclü generallarından birinin öldürülməsi, ABŞ və İran İslam Respublikası arasında gərginliyi daha da artırıb. Bu hadisə, Orta Şərqdə yeni bir müharibəyə səbəb ola biləcək xüsusiyyətdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)







.jpg)








