"İşçilərə pomidor paylamaqda pis olan nə var?!" - "Azərenerji"-dən açıqlama
Bəzi saytlarda "Azərenerji" rəhbərliyinin əməkdaşlarına bayram pulunun əvəzinə yeşiklə pomidor verilməsi ilə bağlı məlumat yayılıb.
"Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, 2018-ci ilin sentyabr ayında "Azərenerji" rəhbərliyində kadr islahatı aparıldıqdan sonra əməkdaşların məvacibi 30 faizə qədər artırılıb.

"Bayram pulu məsələsinə gəldikdə, əmək müqaviləsində "bayram pulu" deyə bir anlayış yoxdur. Amma buna baxmayaraq, bayramlarda Səhmdar Cəmiyyətin daxili imkanları hesabına bütün əməkdaşlara bayram münasibəti ilə birdəfəlik pul mükafatı verilir və bu bayram ilə bağlı da pul mükafatı verilib. Pomidor paylanması məsələsinə gəldikdə isə burada pis olan nə var ki? "Azərenerji" İstilik Elektrik Stansiyaları var və orada elektrik enerjisi istehsal olunarkən yaranan istilikdən faydalanmağın nəyi pisdir? Onsuz da həmin istilik alınır və onu boşuna havaya buraxmaqdansa, istixanalara yönəldib pomidor yetişdirmək və sonra da onu işçilərə paylamaq sizcə pis haldır? "Azərenerji" daxili imkanlardan faydalı istifadə edib yetişdirilən məhsulu bazara çıxarıb satmır ki, təmənnasız işçilərinə paylayır. Niyə buna belə mənfi don geyindirirlər”, - deyə Abdullayev qeyd edib.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)







