Ötən il ixracı sıfırdan sıçrayan 4 şirkət bu il dala gediblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı qeyri-dövlət ixracatçı subyektlərin reytinqinin ilk onluğunda ciddi dəyişiklik baş verib.
“Marja”nın məlumatına görə, 2018-ci ilin yanvar-noyabr ayları üzrə hazırlanmış reytinqin ilk onluğunda yer almış şirkətlərin 5-i bu il siyahıdan çıxıb. Belə ki, "Kapitan Fruits" MMC, “Azfruittrade” MMC, “Food Export Şəmkir” MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC və "TST Export" MMC 2019-cu ilin yanvar-noyabr ayları üzrə hazırlanmış reytinqdə ilk onluqda təmsil olunmurlar. Bu şirkətləri “Socar Polymer” MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Natural Fruit" MMC, "Caspian enerji-2020" MMC əvəz edib.
Siyahıdan çıxan şirkətlərin 11 aylıq ixracları 20,3 – 51,8 milyon dollar civarında idi.
2019-cu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda hər birinin 11 aylıq ixracı 22,5 milyon dollardan yüksək olan şirkətlər təmsil olunub. Ötən ilin eyni dövrü üzrə hazırlanmış siyahıda hər birinin 11 aylıq ixracı 20,3 milyon dollardan yüksək olan şirkətlər təmsil olunmuşdu. Ötən ilin 11 ayında 51,8 milyon dollar ixracı olan "Kapitan Fruits" MMC-nin, 31,1 milyon dollar ixracı olan “Azfruittrade” MMC-nin, 30,4 milyon dollar ixracı olan “Food Export Şəmkir” MMC-nin ilk onluqdan çıxması diqqəti xüsusi cəlb edir.
BİR İL ƏVVƏL SIFIR İXRACA MALİK OLUBLAR
Ötən ilin 11 ayında ilk onluqda yer almış, bu ilin eyni dövründə isə onluqdan çıxmış şirkətlərdən "Kapitan Fruits" MMC, “Azfruittrade” MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC və "TST Export" MMC 2017-ci ildə ixrac həyata keçirməmişdilər.
Bu il ilk onluğa daxil olmuş şirkətlərdən "Nine Climate" MMC, "Global Export Fruits" MMC və "Natural Fruit" MMC 2018-ci ilin 11 ayında ixrac həyata keçirməyiblər. 2019-cu ildə bu şirkətlərin ixracları sıfırdan 22,5 milyon dollar və daha yüksək məbləğlərə qalxıb.
Yuxarıda adları çəkilən 5 şirkətin ilk onluqda bu il yer tutmamaları ya ixraclarının 22 milyon dollardan aşağı düşməsi, ya da bu il ixrac həyata keçirməmələri ilə bağlıdır. Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi hazırladığı qeyri-dövlət ixracatçı subyektlərin reytinqinin yalnız ilk onluğunu dərc edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























