Bu gün “NBCBank”ın yaşıdır
(®) 17 dekabr 1992-ci il tarixində yaradılan “NBCBank” ASC-nin bu gün 27 yaşı tamam olur.
Yarandığı gündən əsas hədəfi müştəri məmnuniyyəti olan "NBCBank" ASC–nin missiyası - müştərilərlə uzunmüddətli əlaqələr yaratmaq, kiçik və orta sahibkarlığın inkişafına kömək göstərmək, əhalinin ehtiyaclarının ödənilməsinə töhfə vermək, keyfiyyətli bank məhsulları və xidmətləri ilə təmin etmək və insan resurslarını qorumaqdır. 27 il ərzində bank müxtəlif sosial yönümlü layihələrə sponsorluq edib və bir çox mükafatlara layiq görülüb.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Aqrar Kredit və İnkişaf Agentliyinin üzvü olaraq “NBCBank” ölkədə biznesin inkişafına öz dəstəyini göstərməkdə davam edir. Bankımız 2007-ci ildən etibarən Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış “Azərbaycan Respiblikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası da “NBCBank” tərəfindən uğurla yerinə yetirilir.
Dinamik inkişaf edən bank tendensiyalarını izləyərək, “NBCBank” ənənəvi bankçılıqla yanaşı müştərilərinə rəqəmsal bank xidmətlərini də təqdim edir, eyni zamanda mütəmadı olaraq kart müştəriləri üçün müxtəlif stimullaşdırıcı kampaniyalar keçirir. Artıq yeni növ təmassız kartlar və ən son mobil bankinq xidməti də müştərilərin istifadəsinə verilmişdir.
“NBCBank” fəaliyyətinin 27-ci il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.
Ölkənin ilk müstəqil banklarından olan “NBCBank” ASC Bas Ofis, 11 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün NBCBankın rəsmi facebook, instagram səhifələrindən və yaxud whatsapp üzərindən +994709320932 məlumat əldə edə bilərlər.
Bundan əlavə www.nbcbank.az saytına daxil olmaq və ya 932 Məlumat Mərkəzinə zəng etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər













.jpg)








