Dövlət Gömrük Komitəsi 3 yeni elektron xidmətin tətbiqinə başlayır
Dövlət Gömrük Komitəsi (DGK) vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən sürətli keçidi üzrə 3 yeni elektron xidmətin tətbiqinə başlayır.
Bunu jurnalistlər üçün keçirilən təlimdə Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.
“Elektron xidmətlərdən biri "elektron növbə" sistemidir. Bu sistem vasitəsilə elektron şəkildə qeydiyyatdan keçmiş şəxs və nəqliyyat vasitəsi növbəsi müəyyən olunmuş vaxtda qapılara yaxınlaşır və növbəsiz gömrük buraxılış məntəqəsinin ərazisinə daxil olur. Amma məntəqə daxilində növbə varsa o növbəni gözləmək lazımdır. Bu sistem yaxın günlərdə istifadəyə veriləcək.
Digər elektron xidmət "sürətli keçid" sistemidir. Bu sistem vasitəsilə pasport qeydiyyatı da daxil olmaqla bütün xidmətlər növbəsiz göstəriləcək. Bir sözlə, şəxslər və nəqliyyat vasitələri gömrük keçid məntəqəsini tərk edənə qədər gömrük prosedurlarından və sərhəd xidmətlərindən növbəsiz keçir. Bu sistem ödənişli olacaq, amma hələ məbləğ müəyyən edilməyib.
3-cü elektron xidmət isə "CIP keçid"dir. Bu da ödənişli olacaq və gələcəkdə tətbiq ediləcək. Hələlik xarici ölkələrin təcrübəsi öyrənilir. Bundan sonra isə bu xidmətə görə xidmət haqqının məbləği müəyyən ediləcək. CIP xidmətindən yararlananlar istənilən vaxt növbə gözləmədən gömrük buraxılış məntəqələrinə daxil olaraq VIP xidmətlərdən yararlanacaqlar”, - o qeyd edib.
DGK rəsmisi onu da deyib ki, növbəti ildən konsepsiyaya uyğun olaraq bütün xidmətlər mobil həllər vasitəsilə göstəriləcək.
© Report
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 7 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu









.jpg)







