“Bank Respublika”nın sahibi milyader Fərhad Əhmədovu partnyor qismində görmək istəyir
Bank dairələrində gəzən söz-söhbələrə görə, Rusiyada yaşayan, tanınmış azərbaycanlı milyader "AzNar" QSC-nin sahibi Fərhad Əhmədov "Bank Respublika"nın səhmdarı olur.
“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyev məsələ ilə bağlı “Marja”ya açıqlama verib:
“Mən, Fərhad Əhmədovu tanıyıram və onun kimi uğurlu iş adamını partnyor qismində görməkdən şad olardım. Düşünmürəm ki, belə bir iş birliyi onun maraqları ilə uyğun gələr”.
Natiq Quliyev qeyd edib ki, ötən il “Bank Respublika”nın nizamanamə kapitalının 20 milyon manat artırılması mövcud səhmdarların hesabına təmin edilib. Nəticədə bankın nizamnamə kapitalinda Natiq Quliyevin payı 46%-ə catmış, ümumilikdə Quliyevlər ailəsinin payı isə 84% təşkil etmişdir.
28 Mart 2017-ci il tarixində keçirilmiş yığıncaqda da Səhmdarlar kapitalın yenidən 20 milyon manat artırılmasına qərar veriblər. Bu dəfə də kapitalın artırılması yalnız mövcud səhmdarlar tərəfindən nəzərdə tutulur:
“Biz bu artımı qısa müddətdə həyata keçirməyə planlaşdırırıq. Nəticədə nizamnamə kapitalının məbləği 77 milyona çatdırılacaq. Yeni səhmdarların cəlb olunması mövzusu gündəmdə deyil”.
Natiq Quliyevin müsahibəsini buradan oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 22 d. əvvəl
- 55 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu










.jpg)











