Azərbaycan bankı “Gənclik” filialını açdı
Bank "BTB" müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da genişləndirir.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi bank Bakıda yeni “Gənclik” filialını açıb. Bankın yeni “Gənclik” filialı Həsənoğlu küçəsi, bina 12, blok “C” ünvanında fəaliyyət göstərir.
Yeni filial müasir standartlara cavab verən avadanlıqlarla və vahid korporativ interyer dizayn elementlərilə təchiz olunub və filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.
“Gənclik” filialı müştərilərə kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətlərini göstərir. Filialın iş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir.
Filialın açılış mərasimində Bank “BTB” ASC-nin İdarə Heyəti Sədrinin müavini Rüfət Abbasov bildirib: “Bank BTB 2019-2021-ci illər üçün təsdiqlənmiş yeni inkişaf strategiyası çərçivəsində əsas diqqət və resurslarını müştəri xidmət keyfiyyətinin müasir tələblərə uyğun, seçilən səviyyəyə çatdırılması, satış kanallarının təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi məsələlərinə fokuslayıb. Biz sözügedən prosesləri sistemli şəkildə həyata keçiririk. Əsas məqsədimiz müştərilərimizi yüksək xidmət səviyyəsi ilə təmin etməkdir.”
”Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 14 filialı, 3 şöbəsi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)





