"İstehlak kreditləri haqqında obyektiv fikirlər deməliyik"
"Ümumilikdə 2018-2019-cu illər ərzində banklar tərəfindən verilmiş 14,5 milyard kreditin təqribən 8,5 milyard manatı biznes sektoruna, 6 milyard manatı isə istehlak kreditlərinin payına düşür".
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib.
Onun sözlərinə görə, istehlak və biznes kreditləri arasındakı fərqli dinamika haqqında obyektiv fikirlər deməliyik: "2019-cu ilin 9 ayı ərzində 3,1 milyard manat istehlak bazarına, 3,9 milyard manat isə biznesə kredit verilib. Belə ki, hər ay biznes sektoruna 423 milyon manat kredit verilir, 349 milyon manat isə istehlak kreditləri təşkil edir".
İ.Alışov bildirib ki, hazırda 8,5 milyard manat olan biznes kreditlərinin 3,5 milyard manatı kiçik və orta biznes sektoruna verilir. Bu il verilən kreditlərin 61 faizi təqribən 1 milyon manatdan yuxarıdır: "Bu isə ona dəlalət edir ki, həmçinin təhlillər göstərir ki, kiçik və orta biznes subyektlərinin şəffaflığında problem var. Sahibkarlardan xahişimiz bundan ibarətdir ki, bizneslərini şəffaflaşdırsınlar".
ELMAN RÜSTƏMOV XƏBƏRDARLIQ ETMİŞDİR
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu ilin yayında Prezidentin yanında keçirilmiş müşavirədə əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq etmişdir:
“Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər.”
PREZİDENT TAPŞIRIQ VERMİŞDİR
“Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır”.
Bunu növbəti iqtisadi müşavirədə Prezident İlham Əliyev demişdir.
Prezident çıxışına belə davam etmişdi: “Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı”.
© “Report”, "Marja"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
24 d. əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
-
38 d. əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 39 d. əvvəl
-
53 d. əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
-
1 saat əvvəl
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
-
1 saat əvvəl
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Almaniya bankı qızıl üzrə qiymət proqnozunu dəyişmədi - "6 MİN DOLLARA YÜKSƏLƏCƏK"
-
1 saat əvvəl
"Samsung" Azərbaycanın planşet bazarındakı payının 27 %-ni itirib
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb
Fevralın 3-də gözlənilən hava şəraiti

























