Azərbaycanda 21 bankın faiz gəlirləri artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya", "Muğan Bank", "Nikoyl Bank", "Atabank", "AFB Bank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma İran bankında (2,6%), ən çox azalma isə Pakistan bankında (46,8%) qeydə alınıb.
Qalan 21 bankın faiz gəlirləri artıb. Ən yüksək dinamika "Unibank"da (85%), ən aşağı dinamika isə "Xalq Bank"da (0,4%) olub.
7 bankın faiz gəlirləri 50 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri 50 milyon manatdan çox olub.
Hmin banklar "Azərbaycan Beynəlxalq Bankı" (334 milyon 194 min manat), "Kapital Bank" (293 milyon 929 min manat), "PAŞA Bank" (146 milyon 408 min manat), "Xalq Bank" (82 milyon 512 min manat), "Access Bank" (70 milyon 371 min manat), "Unibank" (64 milyon 58 min manat) və "Bank Respublika"dır (50 milyon 112 min manat).
Qalan 23 bankdan 16-da faiz gəlirləri 10-50 milyon manat arasında, 6 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)




