Orxan Məmmədov ərəblər ilə pavilyon açılışında
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hər il ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında ilk dəfə olaraq Azərbaycan məhsulları da nümayiş olunur.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin BƏƏ-dəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə yarmarka çərçivəsində Azərbaycan pavilyonu açılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr departamentindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, burada 25 Azərbaycan şirkətinin 200-ə yaxın çeşiddə məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, şərablar, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər, parfumeriya və s. təqdim olunur.
Pavilyonumuzda Azərbaycan məhsullarının nümayişi və satışı ilə yanaşı, “Global Village”in ümumi ərazisində və Azərbaycan pavilyonu daxilində milli musiqimiz, rəqslərimiz və mətbəximiz, eləcə də “Azərbaycan irsi” guşəsində Azərbaycan mədəniyyətinə dair eksponatlar sərgilənir.
Yarmarkanın açılışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Global Village” Beynəlxalq Yarmarkasının baş icraçı direktoru Bader Anvahi və digər rəsmi şəxslər və ziyarətçilər Azərbaycan pavilyonu ilə tanış olublar. Azərbaycan pavilyonu və məhsullarımız sərgi ziyarətçiləri və xarici qonaqlar tərəfindən maraqla qarşılanıb.
1996-cı ildən təşkil edilən “Global Village” Beynəlxalq Yarmarkası hazırda Dubayın ən böyük satış bazarı, açıq havada isə dünyanın ən böyük beynəlxalq yarmarkasıdır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir. 2018-ci ildə “Global Village”i 7 milyon nəfər ziyarət edib. Oktyabrın 29-dan 2020-ci ilin aprelinədək davam edəcək yarmarka 150 hektar ərazidə yerləşir. Burada müxtəlif ölkələrin məhsulları nümayiş olunur və satışı həyata keçirilir. Bu ilki “Global Village” Beynəlxalq Yarmarkasında Azərbaycan da daxil olmaqla 78 ölkənin 26 pavilyonu nümayiş olunur. Ümumilikdə bu ilki “Global Village” pavilyonlarında 3500-dən çox mağaza, 78 mədəniyyət tədbiri, 20-dən çox restoran və kafe, 120-dən artıq kiosk fəaliyyət göstərəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu


























