Expressbank-ın gəlirliyi artıb
Azərbaycan Respublikasında hazırda fəaliyyət göstərən banklar sırasında ilk kommersiya banklarından biri olan Expressbank 2019–cu ilin üçüncü rübünün maliyyə hesabatını açıqlayıb.
Expressbank-ın yaydığı məlumatda bildirilir ki, Bankın xalis mənfəəti 25.59 mln manata çatıb. Nəticədə kapitalın illik gəlirlik göstəricisi 28%-dək yüksəlmişdir.
Həmçinin, kredit risklərinin səmərəli idarə edilməsi nəticəsində portfelin problemli hissəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2.1%-dən 1.7%-ə qədər azalmışdı
III rübünün yekununda Bankın faiz gəlirləri 27.91 mln manat, faiz xərcləri isə 7.97 mln. manat olmuşdur. Beləliklə 19.9 mln. manat faiz mənfəəti əldə edilmişdir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 20.5% artım deməkdir.
Kapitalın adekvatlıq səviyyəsinə görə Bank yüksək nəticələr nümayiş etdirərək dayanıqlıq göstəricilərinə görə aparıcı sıralarda qərarlaşmışdır. Belə ki, cari ilin III rübünə I dərəcəli kapitalın adekvatlığı 38%, məcmu kapitalın adekvatlığı isə 50% təşkil etmişdir.
Fəaliyyətini müştəri məmnunluğunun və xidmətinin yüksək səviyyədə saxlanmasına və hər bir müştərinin etibarlı tərəfdaşına çevrilməsinə yönəldən Expressbank-da cari il ərzində əhalinin yerləşdirdiyi əmanətləri illik 23,4% və ya 27.8 mln. manat artaraq 146.9 mln. manat təşkil etmişdir.
Hesabatla daha ətraflı tanış olmaq üçün linkə https://www.expressbank.az/reports keçid ala bilərsiniz.
Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)







