Bərbad vəziyyətdə olan Muğanlı-İsmayıllı yolu yenidən qurulacaq
Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev Muğanlı-İsmayıllı avtomobil yolunun bərbad vəziyyətdə olduğunu bildirərək tapşırıq verdi ki, qısa zamanda layihələndirmə işləri aparılsın və növbəti ilin investisiya proqramına salınaraq avtomobil yolunun yenidən qurulması həyata keçirilsin.
Prezidentin tapşırığından sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “AzəryolElmiTədqiqatLayihə” İnstitutunun əməkdaşları əraziyə cəlb olunub. Hazırda ərazidə topoqrafiya-planlanma işləri aparılır.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yaxın günlərdə yolun elektron xəritəsini çəkmək üçün xüsusi dronlar vasitəsilə uçuşlar aparılacaq. Eyni zamanda, geodeziya-kəşfiyyat işlərinə start veriləcək. Layihə bu ilin sonuna qədər hazırlanaraq, aidiyyəti üzrə təqdim olunacaq. Sonra layihə müvafiq dövlət qurumlarının razılığı əsasında növbəti ilin investisiya proqramına salınacaq və yolun yenidən qurulması işlərinə başlanılacaq.
1978-ci ildə inşa olunan Muğanlı-İsmayıllı avtomobil yolu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 133-cü kilometrliyindən başlayır. Anar Nəcəflinin sözlərinə görə, bu günə qədər yolda cari təmir işləri aparılsa da, əsaslı təmir olmayıb. Yolun 0-16 kilometrliyi dördüncü texniki dərəcəlidir, burada yolun eni 6 metr təşkil edir. 16-40-cı kilometr hissə isə 7 metr enində olan üçüncü texniki dərəcəli yoldur. Yeni yolun ikinci texniki dərəcəli olmaqla, eninin 9 metr təşkil etməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)




