Kartlara köçürülən pulların 80%-ə yaxını nağdlaşdırılır
Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatlarda nağdsız ödənişlərin səviyyəsi 17%-dən 21%-ə yüksəlib. Eyni zamanda, nağd pulun çıxarılması səviyyəsi 83%-dən 78,7%-ə geriləyib.
2019-cu ilin sentyabr ayında debet və kredit kartları vasitəsilə 1 milyard 911 milyon manatlıq əməliyyatlar aparılıb. Əməliyyatların 1 milyard 773 milyon manatlıq hissəsi ölkə daxilində, 138 milyon manatlıq hissəsi ölkə xarixində aparılıb.
"Marja" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 1 milyard 773 milyon manatlıq ölkədaxili əməliyyatın 78,7%-ni və ya 1 milyard 395 milyon manatını nağd pulun çıxarılması, 21,3%-ni və ya 378 milyon manatını nağdsız ödənişlər təşkil edib.
Nağdsız ödənişlərin 105 milyon manatı POS-terminallar, 255 milyon manatı elektron ticarət, 18 milyon manatı ATM-lər vasitəsilə həyata keçirilib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Sentyabr ayında debet və kredit kartları vasitəsilə 1 milyard 411 milyon manatlıq əməliyyat aparılmışdı (1 milyard 314 milyon manatı ölkədaxili, 97 milyon manataı ölkəxarici). Ölkə daxilində aparılmış 1 milyard 314 milyon manatlıq əməliyyatın 83%-ni və ya 1 milyard 89 milyon manatını nağd pulun çıxarılması, 224 milyon manatını və ya 17%-ni nağdsız ödənişlər təşkil etmişdi.
Ötən ilin Sentyabr ayında nNağdsız ödənişlərin 89 milyon manatı POS-terminallar, 123 milyon manatı elektron ticarət, 12 milyon manatı ATM-lər vasitəsilə həyata keçirilmişdi.
Nağdsız ödənişlərin artmasına ən böyük töhfəni elektron ödənişlər verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)






.jpg)








