Artıq Hesab.az-dakı bonuslarınızı bank kartlarına dəyişə biləcəksiniz!
“Nağdsız Cəmiyyət Günləri” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və “Qoldenpay” ASC-nin birgə təşkilatçılığı ilə 31 oktyabr – 7 noyabr tarixlərində “Nağdsız ödəyən qazanır!” adlı stimullaşdırıcı kampaniya keçiriləcəkdir.
Lahiyə çərçivəsində Hesab.az ödəniş portalı üzərindən nağdsız ödənişlər edən müştərilərə “Dərhal dəyiş” bölməsində bankların müxtəlif prestij səviyyəsində olan kart və stikerləri əlavə ödəniş olmadan müəyyən bonus qarşılığında təqdim ediləcəkdir.
Kampaniyadan yararlanmaq istəyən istifadəçilər əgər hesab.az istifadəçisi deyilsə, hesab.az saytında qeydiyyatdan keçərək və ya hesab.az mobil tətbiqini yükləyərək kommunal, mobil və stasionar rabitə, kabel televiziyası, internet provayderlərin və s. ödənişləri bu səhifə vasitəsilə həyata keçirməklə bonuslar toplamalıdırlar. Daha sonra öz hesablarındakı bonusları “Dərhal dəyiş” bölməsində 10000-30000 bonus dəyərində olan plastik karta və stikerə dəyişə bilərlər.
Layihənin tərəfdaşları “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank of Baku” ASC, “Bank Avrasiya” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “NBC Bank” ASC, “Xalq Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” ASC, “VTB Bank (Azərbaycan) ASC və “Turanbank” ASC-dir.
Tələsin! - bu imkanlar yalnız noyabr ayının 7-nə qədər keçərlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
13 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu



























