1000 dollar ilə maksimum 30 min dollarlıq əməliyyata icazə veriləcək - YENİ QAYDALAR
Xəbər verdiymiz kimi, Maliyyə Bazarlarına Nəzarət Paltası “Marja ticarətinə dair Qaydalar”ın təsdiq edib. Azərbaycanda marja ticarətinə daha çox foreks (forex) əməliyyatları deyilir.
“Marja”nın məlumatına görə, qaydalarda ilk dəfə fərq müqavilələri ilə marja ticarəti üzrə maksimum hədlər müəyyən edilib.
1:100 NİSBƏTİNƏ SON, MAKSİMUM 1:30
Qaydalarda qeyd edilib ki, müştəri hesabının açılması üçün lazım olan vəsaitin minimum məbləği (ilkin marja, ilkin sərmayə) investisiya şirkəti tərəfindən müəyyən edilir.
İnvestisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə təqdim etdiyi kredit həddinin maksimum həcmi 1:30 nisbəti ilə müəyyən edilir. İnstitutsional investorlara və peşəkar investorlara investisiya şirkəti tərəfindən 1:50 nisbətinə kimi kredit həddi müəyyən edilə bilər. Qeyd edək ki, indiyədək kredit həddində məhdudiyyət yox idi, investorlar daha çox 1:100 nisbətindən istifadə edirdilər.
DAHA ÇOX HƏDD İSTƏYİRSƏNSƏ 2 İL TƏCRÜBƏN VƏ 100 MİN MANATIN OLSUN
İnstitusional investorlar – investisiya şirkətləri, investisiya fondları, kredit təşkilatları, sığortaçılar, mərkəzi banklar və s.-dır. Peşəkar investorlar isə marja ticarəti üzrə ən azı 2 il təcrübəsi olan və müştəri hesabında 100 min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaiti olan şəxslərdir.
Maliyyə Bazarlarına Nəzarət Paltası bildirib ki, yüksək kredit həddindən istifadə zamanı investor vəsaitini çox kiçik volatillik (qiymət dəyişikliyi) halında itirir. Bu səbəbdən, investisiya şirkətləri tərəfindən investorlara ayrılan kredit çiyni məhdudlaşdırılıb.
HƏMÇİNİN OXU:Azərbaycanda foreks əməliyyatları üzrə yeni qaydalar qüvvəyə minib
KREDİT HƏDDİ NƏDİR?
Kredit həddi (kredit çiyni, kredit dəstəyi) sərmayəçinin (investorun) daha az sərmayə ilə daha böyük həcmli əməliyyatlar aparmasına imkan təmin edən sistemdir.
1:30 KREDİT HƏDDİ NECƏ BAŞA DÜŞÜLÜR?
Foreks əməliyyatları üçüm maksimum 1:30 kredit həddi nisbəti bu mənanı verməkdədir: Müştəri sərmayəsindən 30 dəfə çox həcmdə əməliyyat apara, yəni mövqe aça bilər. Tutaq ki, 1000 dollar ilə maksimum 30 min dollarlıq əməliyyat aparıla bilər. Mənfəət/zərər əməliyyat həcmi üzərindən hesablanır. Burada 1000 dollar müştərinin sərmayəsi (ilkin marja və ya təminat), 29 min dollar isə investisiya şirkətindən alınan borcdur. Açılan əməliyyatda zərər yaranan zaman müştərinin sərmayəsindən çıxılır. Müştəri hesabına qoyduğu pul vəsaiti qədər zərərə məruz qala bilər. Zərər yaranan zaman, müştəri öz hesabına əlavə pul vəsaiti mədaxil edə və ya açıq mövqelərini bağlamaqla risklərini idarə edə bilər. Müştərinin balansı 0-a düşdükdə yatırılan sərmayə itirilmiş hesab edilir. Açılan əməliyyat gəlir gətirən zaman mənfəət müştərinin vəsaitinin üzərinə əlavə edilir.
KREDİT DƏSTƏYİ İLƏ AVRO/DOLLAR (EUR/USD) ALƏTİNDƏ ƏMƏLİYYAT NÜMUNƏSİ
Tutaq ki, avronun dollar qarşısında dəyər itirəcəyini fərz edərək EUR/USD cütlüyündə 1 lot satış mövqeyi açmaq istəyirsiniz (avronu satıb dollar alırsınız). Dollar və Avro alətlərində 1 Lot = 100.000 vahiddir. Hazırda EUR/USD məzənnəsi 1.1080 səviyyəsindədir.
Qaydalardakı maksimum 1:30 həddinə və hazırkı məzənnəyə görə, EUR/USD alətində 1 lot satış mövqeyi açmağınız üçün hesabınızda təxminən 3670 dollarınız (ən azı 3693,4 dollar) olmalıdır. Bu vəziyyətdə 1:30 kredit həddindən faydalanaraq 3670 dollar sərmayə ilə maksimum 110800 dollar həcmində mövqe aça bilərsiniz (sərmayənizin 30 qatı qədər).
İndiyədək (1:100 həddinə icazə verilən zaman) 110 800 dollar həcmində əməliyyat açmaq üçün investorun hesabında 1180 dollar olması kifayət edirdi.
DAHA BÖYÜK SƏRMAYƏ ÜÇÜN, HESABA DAHA ÇOX PUL QOYULACAQ
Beləliklə, kredit həddinin aşağı salınması az sərmayəsi olan investorların böyük həcmdə əməliyyatlar aparmasını məhdudlaşdırır. Daha yüksək həcmdə əməliyyat aparmaq istəyənlər hesabındakı öz sərmayəsini artırmalı olacaqlar.
Əsaən kredit çiyni sistemi ilə işləyən bir bazar olan Forex-də həm mənfəətin, həm də zərərin məbləği kredit həddindən asılıdır. Bəs avro dollar qarşısında dəyər itirməsə, tərsinə 1% bahalaşarsa? Əgər əməliyyatı öz sərmayəniz həcmində açsanız, bizim misalımızda 3670 dollar ilə elə 3670 dollar aldığınız zaman 36 dollar itirəcəksiniz. İnvestisiya şirkətinin 1:30 kredit çiynindən istifadə edərək 110 800 dollar alsanız zərəriniz 1108 dollar olacaqdır. Yəni, sərmayənizi tam itirməyəcəksiniz, 2590 dollar hesabınızda qalacaqdır. 1:100 kredit həddinə icazə verilən zaman hesabında cəmi 1080 dollar olan müştəri 1 lot avro satdığı və avronun bahalaşdığı zaman sərmayəsini tamamilə itirirdi.
BAZARA NECƏ TƏSİR EDƏ BİLƏR?
1:30 həddinidə qazanc az olduğundan bu nisbət bir sıra investorlar üçün sərfəli olmaya bilər. Bu sərmayəçilər yüksək kredit həddi nisbəti ilə xidmət gıstərən xaricdəki foreks firmalarını seçə bilərlər. Belə olduğu halda, Azərbaycanın investisiya şirkətləri müştəri itirə bilərlər və marja ticarəti xidmətinin göstərilməsindən gəlirləri də azala bilər.
Apardığımız sorğuya görə, Azərbaycanda müştərilərin çoxu 1500 dollaradək sərmayə ilə foreksə qoşulurlar. Daha böyük qazanc vəd etmək üçün, müştərinin daha böyük sərmayəsi olmalıdır. Böyük məbləğdə sərmayə tələbi ilə investorların marja ticarətinə cəlbi investisiya şirkətləri üçün çətin ola bilər. Digər tərəfdən, müştərilərin daha yüksək məbləğdə sərmayələr ilə marja ticarətinə başlamaları zərər edənlərin sayının azalmasına və bu sahəyə inamın artması ilə nəticələnə bilər. Eyni zamanda, kiçik sərmayələr ilə böyük əməliyyatların qarşısının alınması da zərər edənlərin azalmasına gətirib çıxara bilər. Foreksə ciddi yanaşmaq və bu sahəni öyrənərk əməliyyatlara başlamaq gəlir əldə etmək üçün başlıca şərtlərdir. Foreks qumar deyil, bir investisiyadır.
HƏMÇİNİN OXU:Palatadan investorlar üçün “Risk məlumatlandırma sənədi”- TANIŞ OLUB İMZALAYACAQLAR
Hesaba yatırılan pulun itirilməsinə açılan mövqelərin sayı və seçilən alətlər də təsir edə bilir. Yeni başlayanların volatil (qiyməti tez-tez kəskin dəyişən) məzənnə və əmtələrdən uzaq durmaları tövsiyə olunur. Yeni investorlara öz sərmayəsinin 20%-ədək hissəsi qədər riskə getmək məsləhət görülür.
Yeni qaydalar ilə ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
-
- 12 d. əvvəl
-
19 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
55 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Ən çox oxunanlar
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir






















