“PAŞA Həyat”ın xalis mənfəəti 15,3% artıb
“PAŞA Həyat Sığorta Şirkəti” ASC 2016-cı ili 17 milyon 766 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə ötən il “PAŞA Həyat”ın xalis mənfəəti 15,3% artıb. Şirkət 2015-ci ilin yekunları üzrə 15 milyon 406 min manat xalis mənfət açıqlamışdı.
Ötən il “PAŞA Həyat”ın cəmi gəlirləri 87 milyon 416 min manat, cəmi xərcləri isə 64 milyon 819 min manat təşkil edib. 2015-ci illə müqayisədə Şirkətin cəmi gəlirləri 86,5%, cəmi xərcləri isə 2,3 dəfə artıb. 2015-ci ildə “PAŞA Həyat”ın cəmi gəlirləri 46 milyon 878 min manat,cəmi xərcləri isə 27 milyon 556 min manat təşkil etmişdi.
“PAŞA Həyat”ın cəmi gəlirlərinin artmasına toplanan sığorta haqlarının və sair gəlirlərin artması təsir göstərmişdir.
2016-cı ildə toplanan sığorta haqları 77 milyon 705 min manat təşkil edib (2015-də 54 milyon 513 min manat).
Ötən il “PAŞA Həyat”ın aktivləri 21 milyon manata yaxın və ya 14,6% artaraq 164 milyon 623 min manata yüksəlib. 31 Dekabr 2016-cı il tarixində Şirkət 106 milyon 543 min manat cəmi öhdəliklərə, 58 milyon 79 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















