"Nəyə görə minlərlə insanın əmanətini 1 ildən çox həbs altında saxlamalıyıq?"
"Dövlət ictimai maraqlar müdafiə etmək üçün müəyyən müdaxilələr və məhdudiyyətlər tətbiq etməlidir. Qanunvericilik təşəbbüsünün məqsədi də budur".
Bunu bu gün Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı maliyyə bazarlarına nəzarət orqanının inzibati qərarlarına məhkəmələrdə baxılmasına dair məhdudiyyətlərin təklif olunmasına bəzi millət vəkillərinin etirazlarına münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən banka müvəqqəti inzibatçı təyin olunması, bankın lisenziyasının ləğvi və bankın resolyusiyası çərçivəsində qəbul olunan qərarlar məhkəmə tərəfindən ləğv edilə bilməz. Maliyyə bazarlarına nəzarət orqanının qərarlarının qanunvericiliyə uyğun olmaması barədə iddia məhkəmədə sübuta yetirildikdə, həmin iddia zərərçəkən şəxslərə maliyyə kompensasiyalarının ödənilməsi formasında tələb edilə bilər. Layihə qəbul ediləcəyi hala maliyyə bazarlarına nəzarət orqanının bankın öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilməsi, ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması, resolyusiyası, ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət təbirləri ilə bağlı ərizələrinə apelyasiya instansiyası məhkəməsi tərəfindən baxılacaq. Bu ərizələrə baxılması zamanı üçüncü şəxslərin (kreditorlar, vətəndaşlar) cəlb edilməsinə yol verilmir. Digər təklfi edilən dəyişikliyə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirlərini maliyyə bazarlarına nəzarət orqanının əlverişsiz inzibati aktların şamil edə bilməyəcək. Qanun layihəsi qəbul olunduğu halda məhkəmə maliyyə bazarlarına nəzarət orqanının inzibati aktının icrasını dayandıra da bilməyəcək. Başqa sözlə, İnzibati Prosessual Məcəlləyə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. İnzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Layihəyə əsasən isə bu maddələr maliyyə bazarlarına nəzarət orqanının inzibati aktlarına şamil olunmayacaq.
R. Aslanlı deyib ki, “United Credit Bank”ın lisenziyası 2015-ci may ayında çağırılıb: “O bankda minlərlə insanın əmanəti var. Bu barədə Ali Məhkəmənin qərarı Maliyyə Bazarlarına Nəzarət Palatasına martın 27-də gəlib. Nəyə görə minlərlə insanın əmanətlərini 1,5 il ərzində həbs altında saxlamalıyıq? Nəyə görə onlar qanunun verdiyi səlahiyyətlər çərçivəsində Əmanətlərin Sığortalanması Fondundan tərəfindən kompensasiyaları almayıblar? Ona görə də bu qanun layihələrini qəbul etməliyik. Konstitusiyaya baxsaq, Konstitusiyanın 29-cu maddəsində qeyd edilir ki, mülkiyyət hüquqi və ictimai məsuliyyət tələb edir. Bank xüsusi bir fəaliyyətdir. Bank fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən bir hüquqi şəxs yaradılır, o hüquqi şəxs əhalidən, sahibkarlardan, hətta dövlətdən vəsaitlər cəlb edir, ancaq bu vəsaitləri məqbul qaydada idarə etmir. Deyə bilərik ki, nəzarət orqanının da məsuliyyəti də var. Bəli, nəzarət orqanı həmişə məsuliyyəti hiss etməlidir. Ancaq hətta Almaniyanın ən böyük bankı da dövlət tərəfindən sağlamlaşdırılır. Ona görə də kimsə bir hüquqi şəxs yaradıb, cəmiyyətin illər boyu topladığı resursları özündə toplayıb, onu qeyri-peşəkar qaydada idarə edib, çoxlu sayda subyektlərin yığımlarını şübhə altında qoyursa, bu proses vaxtında və çox qısa müddətdə həll olunmalıdır. Dünyada da belədir. Bu barədə Avropa İttifaqının da direktivləri var”.
Məhkəmələrlə bağlı məqama gəlincə, R. Aslanlı bir nümunə gətirib: “Tutaq ki, bir nəfər xəstəxanada öldü və vətəndaşların vəziyyətinin, aktının qeydiyyatı orqanı ölüm kağızı verdi. Ancaq onun qohumları bu ölüm faktını mübahisələndirə bilərlərmi və məhkəmə bu məsələyə mahiyyəti üzrə baxıb, ölüm faktını təsdiq edən sənədi qüvvədən sala bilərmi? Ola bilər ki, bu, hüquq üçün çox delitant bir təcrübədir. Amma ola bilər ki, insan desin ki, atam ölməyib, yaşayır. Eyni ilə əgər bir bank resolyusiya prosesinə daxil olursa, bu, o deməkdir ki, bank artıq müəyyən öhdəlikləri və aktivləri icra edə bilmir. Bu barədə çoxlu sayda hüquqi və iqtisadi əqdlər olur. Bir misal gətirim. “TexnikaBank”ın 500-ə qədər ipoteka krediti başqa bir banka satıldı. Bank bunun müqabilində pul ödədi, portfeli aldı, pul “TexnikaBank”a daxil oldu. “TexnikaBank” vaxtı ilə Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə əhaliyə ödəmiş olduğu əmanətlərin müqabilindəki tələbini aldı. Məhkəmə maliyyəçisi də məsələyə baxır və bunu ləğv edir. Nə etməliyik? O biri bankda isə ipoteka krediti almış şəxslər artıq 5-6 aydır ki, ödənişlər aparırlar. Yəni faktiki status-kvonu bərpa etmək mümkün deyil. Mənə elə gəlir ki, hüquq karetadır, karetanın qarşısındakı at deyil. Hüquq toplumun qəbul etdiyi ənənələrin sənədləşdirilmiş formasıdır. Ona görə də burada söhbət nə publik hüquqi şəxslər haqqında qanunvericiliyin pozulmasından, nə Maliyyə Bazarlarına Nəzarət Palatasının digər şəxslərin hüququna təcavüz etməsi cəhdləri var. Obyektivlik ondan ibarətdir ki, hansısa bank resolyusiya prosesinə daxil olursa, artıq prosesin başında müəyyən prosessual proseslər gedibsə, bir müddət sonra status-kvonu bərpa etmək mümkün deyil. Bu, insanın ölüm faktı kimi bir şeydir. Amma həyatda nöqsanlar olur. Ona görə də qanun layihəsində göstərilib ki, maliyyə bazarlarına nəzarət orqanının qərarı nəticəsində zərər dəysə, zərər ödənilməlidir”.
© APA
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
12 d. əvvəl
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
-
19 d. əvvəl
THY və digər hava yollarına biletlər də DigiTravel-lə ABB mobile tətbiqində!
- 34 d. əvvəl
-
48 d. əvvəl
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğu bp-dən SOCAR-a məxsus törəmə şirkətə keçdi
-
1 saat əvvəl
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
-
1 saat əvvəl
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğu bp-dən SOCAR-a məxsus törəmə şirkətə keçdi
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
Ən çox oxunanlar
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir"
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb




















