“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəətində böyük artım
“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 9 ayını 6 milyon 646 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 41,2% artıb. “Azərbaycan Sənaye Bankı” ötən ilin eyni dövrünü 4 milyon 705 min manat xalis mənfəət ilə başa vurmuşdu.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr dövründə “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 28 milyon 805 min manat, cəmi xərcləri isə 20 milyon 125 min manat təşkil edib. Nəticədə Bankın 8 milyon 680 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətində 356 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb, 1 milyon 678 min manat mənfəət vergisi ödənilib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr dövründə "Azərbaycan Sənaye Bankı"nın cəmi gəlirləri 23 milyon 445 min manat, cəmi xərcləri 18 milyon 366 min manat, əməliyyat mənfəəti 5 milyon 79 min manat təşkil etmişdi. Beləliklə, "Azərbaycan Sənaye Bankı"nın cəmi gəlirləri və əməliyyat mənfəəti artıb.
BANK BÖYÜYÜB
31 Sentyabr 2019-cu il tarixində “Azərbaycan Sənaye Bankı” 939 milyon 661 min manat cəmi aktivlərə, o cümlədən 314 milyon 685 min manat kredit portfelinə malik olub. Ötən ilin sonunda Bank 822 milyon 311 min manat cəmi aktivlərə, o cümlədən 285 milyon 949 min manat kredit portfelinə malik idi .
“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 98,4252%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 1%-i Leyla Goozala, 0,5748%-i Azərbaycan Sənaye Lizinq Şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 41 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























