“Kapital Bank” kreditləri 220 milyon manatdan çox artırıb
2019-cu ilin 9 ayı ərzində “Kapital Bank” ASC-nin müştərilərə verdiyi kreditlər 220 milyon 623 min manat artıb.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 30 Sentyabr 2019-cu il tarixində müştərilərə verilən kreditlər 1 milyard 721 milyon 511 min manat təşkil edib. Ötən ilin sonunda bu məbləğ 1 milyard 500 milyon 888 min manat idi. Beləliklə, cari ilin 9 ayı ərzində müştərilərə verilən kreditlər 220 milyon 623 min manat artıb.
HƏMÇİNİN OXU: Aktivləri 4 milyard manatı aşıb, 100 milyona yaxın mənfəət əldə edib
2019-cu ilin 3-cü rübündə (iyul-sentyabr) “Kapital Bank” ASC-nin müştərilərə verdiyi kreditlər 72 milyon 236 min manat artıb.
Cari ilin 9 ayı ərzində kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər (xalis kreditlər) 155 milyon 688 min manat artaraq 1 milyard 447 milyon 72 min manata çatıb.
Cari ilin 9 ayı ərzində “Kapital Bank” kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatı 64 milyon 935 min manat artırıb və 30 Sentyabr 2019-cu il tarixində 274 milyon 439 min manat təşkil edib.
Min manatla | 31 Dekabr 2018 | 30 İyun 2019 | 30 Sentyabr 2019 |
Müştərilərə verilən kreditlər | 1500888 | 1649275 | 1721511 |
Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 209504 | 242902 | 274439 |
Xalis kreditlər | 1291384 | 1406373 | 1447072 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























