“Ziraat Bank Azərbaycan”da xarici valyutadakı əmənətlər artıb
“Ziraat Bank Azərbaycan” ASC-də əhalinin əmanətləri artıb.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin 9 ayı ərzində “Ziraat Bank Azərbaycan”da fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) 3 milyon 251 min manat artaraq 42 milyon 500 min manata çatıb. Ötən ilin sonunda fiziki şəxslərin müddətli depozitləri 39 milyon 249 min manat təşkil etmişdi. Fiziki şəxslərin müddətli depozitlərinin böyük hissəsi (86%-i) xarici valyutadadır. Cari ilin 9 ayı ərzində fiziki şəxslərin xarici valyutadakı müddətli depozitləri 2 milyon 536 min manat artaraq 36 milyon 599 min manata yüksəlib.
2018-ci ilin sonu ilə müqayisədə hüquqi şəxslərin müddətli depozitləri 850 min manat azalaraq 8 milyon 670 min manata düşüb. Hüquqi şəxslərin müddətli depozitlərinin 100 faizi xarici valyutadadır.
cari ilin 9 ay ərzində "Ziraat Bank Azərbaycan"da fiziki şəxslərin tələbli depozitləri isə 3 milyon 412 min manat artaraq 12 milyon 528 min manata yüksəlib.
Ümumən, 31 Sentyabr 2019-cu il tarixində “Ziraat Bank Azərbaycan” ASC-nin depozit portfeli 79 milyon 332 min manat təşkil edib. Ötən ilin sonu ilə müqayisədə Bankın cəmi depozit portfeli 1 milyon 118 min manat azalıb. Azalma hüquqi şəxslərin tələbli depozitlərinin azalması ilə bağlıdır.
Cəmi depozitlərin 12 milyon 528 min manatını fiziki şəxslərin tələbli depozitləri, 16 milyon 383 min manatını hüquqi şəxslərin tələbli depozitləri, 50 milyon 420 min manatını fiziki və hüquqi şəxslərin müddətli depozitləri təşkil edib.
“Ziraat Bank Azərbaycan” ASC-nin 30 Sentyabr 2019-cu il və 31 Deakbr 2018-ci il tarixlərinə depozit portfeli
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 17 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















