“MilliKart” Prosessinq Mərkəzi 13 yaşını qeyd edir
(®) Ölkədə sağlam rəqabət mühitinin yaradılması və nağdsız hesablaşmaların inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında “MilliKart” Prosessinq Mərkəzi yaradılaraq istismara verilmiş və 02 oktyabr 2006-cı il tarixindən etibarən “MilliKart” Prosessinq Mərkəzi fəaliyyətini Məhdud Məsuliyyətli Cəmiyyət kimi davam etdirmişdir.
Yarandığı andan bu günə kimi fəaliyyətinin bir neçə fundamental istiqamətlərində özünü ciddi və etibarlı bazar iştirakçısı kimi sübut edərək, “MilliKart” 13 il ərzində bir çox uğurlu layihələrə imza atmışdır.
“MilliKart” “VISA”, “Mastercard” və “Union Pay” beynəlxalq kart təşkilatlarının tam üzvüdür. Kart və ödəmə texnologiyaları, həmçinin informasiya texnologiyaları sahəsində regionumuzun ən sürətlə inkişaf edən şirkətlərindən biri olmaqla, respublikamızın böyük pərakəndə və korporativ banklarına, “Azərpoçt” MMC-nə, bank olmayan kredit təşkilatlarına, investisiya və sığorta şirkətlərinə, ödəmə platformalarına və çoxsaylı internet mağazalara xidmət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 26 Sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı əsas tutaraq, “MilliKart” rəqəmsal transformasiya mərhələsini uğurla həyata keçirir. Son dövrlər ərzində bu istiqamətdə “MilliKart” tərəfindən bazar iştirakçılarına bir çox yeni xidmət və məhsullar təqdim edilmiş və hazırda rəqamsal dünyanın standartlarına cavab verən yeni layihələrin icrasına start verilmişdir.
“MilliKart” Prosessinq Mərkəzinin nizamnamə kapitalında iştirak edən bank və təşkilatlar: “Urbis Holding İnc.”, “Dəmirbank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Bank Respublika” ASC, “Para BOKT” MMC, “AtaBank” ASC, “UniBank” KB ASC, “Texnikabank” ASC, “Amrahbank” ASC, “Bank Standard” KB QSC, “KredoBank” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC, “Azər-Türk Bank” ASC, “Bank of Baku” ASC, “AccessBank” QSC, ASC “Xalq” Bankı, “Zaminbank” ASC.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
- 12 d. əvvəl
-
29 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
21 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)








.jpg)








