Yaşıl Kart Sistemi çərçivəsində növbəti iri həcmli sığorta ödənişi
İcbari Sığorta Bürosu tərəfindən Yaşıl Kart Sistemi çərçivəsində 6 mart 2019-cu il tarixində Rusiyanın Qafqaz federal avtomobil yolunda baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə bağlı 69 min 512 manat ödəniş həyata keçirilib.
Bu barədə Büronun yaydığı məlumatda deyilir.
Sığorta ödənişi beş nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması hadisəsi ilə bağlı olub.
Məlumatda qeyd edilib ki, hadisə 6 mart 2019-cu il tarixində, 05:00-da 04BO882 Azərbaycan dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Vito” markalı avtonəqliyyat vasitəsinin P564HE93 Rusiya dövlət qeydiyyat nişanlı “ZIL 5301 47410C” markalı avtonəqliyyat vasitəsi ilə toqquşması nəticəsində qeydə alınıb.
Yaşıl Kart beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən Yaşıl Kart haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan Respublikası 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilmiş və 1 yanvar 2016-cı il tarixindən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















