Unibank kart sahibləri 550 min manatdan çox cashback qazanıblar
® İndiyədək Unibank kart sahiblərinin qazandığı cashback məbləğinin həcmi 550 min manatı ötüb.
125 minə yaxın müştəri öz Unibank kartları ilə alış-veriş zamanı müxtəlif məbləğdə cashback məbləği əldə edib.
Siz də alış-verişinizi Unibank kartları ilə edin və cashback qazanın!
Bazardakı bank kartlarının müqayisəsi göstərib ki, Unibank kartları ən çox cashback qazandıran kart məhsullarındandır. Hazırda 1000-ə yaxın partnyor mağaza və xidmət mərkəzlərində Unibank kartları ilə edilən ödənişlər zamanı kart sahibinin xərclədiyi vəsaitin bir hissəsi müştərinin hesabına qayıdır. Bankın bütün əmək haqqı kartları və eləcə də Albalı Plus kredit və Albalı Plus debet kart sahibləri partnyor mağazalarda alış- veriş edərkən, xidmətlərdən istifadə edərkən, xərclədikləri vəsaitin 30%-dək hissəsi karta geri qayıdır. Hətta bir sıra qeyri-partnyor mağazalarda və xarici ölkələrdə xərcləmələrə görə də minimum 0,5%-dən başlayaraq cashback qazanmaq imkanı mövcuddur. Partnyor şəbəkəsində (https://unibank.az/az/cards/cashback) istənilən sektordan – supermarket, geyim, aksesuar, parfümeriya, texnika, turizm, səhiyyə və tibb, avto, ev əşyaları və digər tərəfdaşları tapmaq mümkündür.
Unibank kartlarının bəzilərində (UniMiles, Mastercard Black Edition, Mastercard World Elite və Visa Infinite) alış-veriş zamanı cashback əvəzinə millər hesablanır.
Unibank kartları sayəsində qazanacağınız təkcə cashback məbləği deyil:
- “Unibank”ın manat valyutalı kartlarının çoxu (əmək haqqı kartları, ALBALI PLUS kredit və debet) depozit funksiyalı olduğundan kartda qalıq vəsaitinizə illik 3%-dək depozit bonusu qazanırsınız;
-USD valyutalı Albalı debet kartlarında isə kart qalığına illik 1% depozit faizi hesablanır;
-Pulsuz Mobil Bankinq xidməti ilə ən rahat şəkildə ödənişlər edə və hesablarınıza nəzarət edə bilərsiniz;
-Unibank kartları ilə Unibank Mobile-da aparılan əksər əməliyyatlar bonuslar qazandırdığından, o bonusları ödənişə və hədiyyələrə çevirmək mümkündür;
-Albalı Şəxsi kabinetdə kart ödənişlərinə və xərclərə nəzarət imkanı mövcuddur;
-Unibank kartlarına Unibank ödəniş terminalları və istənilən E-manat, MillÖn bankomatlarından mədaxil etmək mümkündür və məbləğ onlayn olaraq dərhal kart balansına yüklənir;
-Bütün kartlar avtomatik 3D secure xidmətinə qoşulub;
-Debet kartını istəyinizə görə manat, dollar, avro və ya funt valyutasında sifariş edə bilərsiniz.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bank filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial (“İnşaatçılar”); “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.
Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Salyan”.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- hər kəsin bankı!
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
3 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
3 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“İrana bombardmançı təyyarələrimizi göstərdik”
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir
50 investor "FNC BOKT"a 4 milyon 750 min manat borc verdi
"Bu proses nəzarətsiz davam etsə, rəsmi avtomobil bizneslərinin tənəzüllünə gətirib çıxara bilər"
Toyuq və toyuq sendviçləri menyusu ilə məşhur olan ABŞ markasının Bakıda restoranı açılır






















