“AtaBank” sahibkarlara yeni e-commerce xidmətini təqdim edir
Elektron bizneslə məşğul olmaq və fəaliyyətini müasir dövrə uyğunlaşdırmaq istəyən sahibkarlara “AtaBank” ASC yeni e-commerce xidmətini təqdim edir.
Bankın yaydığı məlumatda bildirilir ki, elektron kommersiya xidməti vasitəsi ilə müştəri dünyanın istənilən nöqtəsindən asanlıqla internet səhifəyə daxil olaraq almaq istədiyi məhsulu sifariş verir və ödənişini çox rahat və təhlükəsiz şəkildə onlayn rejimdə həyata keçirir.
Onlayn ticarət sahibləri e-commerce xidmətinə qoşularaq internet mağazada və ya mobil əlavədə nağdsız ödənişləri rahat qəbul edə biləcəklər. Bir sözlə bu xidmət onlar üçün virtual POS-terminal rolunu oynayacaq.
Həmçinin bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirib ki, dünyada rəqəmsallaşma tendensiyasının artdığı dövrdə ticarətin ənənəvi üsullardan əlavə informasiya texnologiyaları üzərindən də qurulması sahibkarlar üçün yeni müştərilər cəlb edir və “AtaBank” bu istiqamətdə dəstək göstərməyə daim hazırdır.
Pulsuz qoşulma, sərfəli əməliyyat faizləri, pulsuz “AtaNet” xidməti, yeni müştərilərin cəlb edilməsi kimi üstünlüklər verən e-commerce xidməti haqda daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/
25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























