Zənglərə ortalama 23 saniyədə cavab verilib
(®) “Nar”-dan abunəçilərə operativ və keyfiyyətli müştəri xidmətləri
Hər bir abunəçisinin tələbinə xüsusi diqqət yetirən “Nar” müştərilərə fərdi yanaşmanı yüksək səviyyədə təmin edir. Təqdim etdiyi məhsullar, yüksək sürətli şəbəkə ilə yanaşı, mobil operator istifadəçilərinə müxtəlif platformalar vasitəsilə keyfiyyətli müştəri xidməti göstərməkdədir.
6 ay ərzində 777 Cağrı Mərkəzinə 4.2 milyon zəng daxil olub ki, onlara ortalama 23 saniyə ərzində cavab verilib. “Nar”-ın yüksək keyfiyyətli xidməti nəticəsində Cağrı Mərkəzinə zəng etmiş abunəçilərin 89%-i onlara göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. 2019-cu ilin ilk 6 ayı ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə isə 115 mindən çox müraciət daxil olub. Daxil olmuş müraciətlərin 95%-i “Nar“ın sosial media komandası tərəfindən 1 dəqiqə ərzində cavablandırılıb.
Müştəri yönümlü strategiyasının davamı olaraq təqdim edilən və müştəri xidməti funksiyasını reallaşdıran “Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verir.
Abunəçilərinin etibarlı tərəfdaşı kimi “Nar”-ın həyata keçirdiyi müştəri yönümlü strategiyası müştəri məmnuniyyətinin artımına da səbəb olub. Abunəçilərinə göstərdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq “Nar” mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 1 saat sonra
-
41 d. əvvəl
Bank of Baku qan donorluğunun əhəmiyyətini vurğulayıb – qanvermə aksiyası keçirib
- 54 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
2 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mayın 15-də gözlənilən hava şəraiti - 30 dərəcə isti
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Ən çox oxunanlar
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!







.jpg)










.jpg)

