"Məqsəd onların vergiyə cəlb edilməsi yox, uçotun qurulmasının təmin edilməsidir"
“Kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş hesab oluna bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqların olması bu sahənin daha sürətlə inkişaf etdirilməsinə əngəl törədən əsas amillərdən biridir”.
Bunu Qazaxda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsində Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
Ələkbərov vurğulayıb ki, görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir. Qeyd olunub ki, kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Digər tərəfdən, uçota alınmadan fəaliyyət göstərənlər, uçotda olub öz fəaliyyətlərini şəffaf şəkildə quranlara nisbətən müvəqqəti də olsa, bəzi üstünlüklər əldə edir, qeyri-sağlam rəqabət mühitinin formalaşmasına səbəb olurlar.
S.Ələkbərov bildirib ki, avqust ayından etibarən bütün ölkə ərazisində ilkin olaraq kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə start verilib və ötən müddət ərzində 11 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib. 3500-ə yaxın vergi ödəyicisinin fəaliyyət sahəsi dəqiqləşdirilib, onlardan 1539-nun mükəlləfiyyəti dəyişdirilib. Fəaliyyəti passiv göstərilmiş 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















