Azərbaycan iqtisadiyyatının 2024-də 100 milyard manatı keçəcəyi gözlənilir – YENİ PROQNOZLAR
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hazırladığı proqnozlara əsasən, bu meyllərin 2020-ci il və orta müddətli dövrdə də davam etməsi gözlənilir.
"Marja"nın məlumatına görə, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, 2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 2,4 faiz olmaqla 82,7 milyard manat, o cümlədən qeyri-neft ÜDMin artımı 3,3 faiz olmaqla 54,2 milyard manat təşkil edəcəkdir.
Proqnoza əsasən ölkədə ÜDM ortamüddətli dövrdə orta hesabla 3,0 faiz real artımla 2023-cü ildə 96,9 milyard manata qədər artacaqdır. Qeyd edək ki, ÜDM deflyatoru növbəti iki ildə 3,0 faizə qədər artsa da, 2022-23-cü illərdə 1,8 faiz səviyyəsində qərarlaşacaqdır.
2024-cü ildə də iqtisadi artım davam edərsə ÜDM 100 milyard manatı keçə bilər.
2020-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4,8 mlrd. manatı və ya 5,8 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 31,5 mlrd. manatı və ya 38,0 faizi sənayenin, 6,5 mlrd. manatı və ya 7,8 faizi tikintinin, 32,7 mlrd. manatı və ya 39,5 faizi xidmətlərin istehsalının, 7,3 mlrd. manatı və ya 8,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,5 faiz artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda isə 0,9 faiz artım gözlənilir. Proqnozlardan göründüyü kimi ortamüddətli dövr üzrə ÜDM-nin sahə strukturunda ən yüksək real artım turistlərin yerləşdirilməsi və ictimai iaşə və informasiya və rabitə sektorları üzrə müşahidə edilir.
HƏMÇİNİN OXU: 2020-ci ilin büdcəsi üzrə ilkin rəqəmlər məlum oldu
Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. Ortamüddətli dövrdə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 65,8 faizə, neft sektorunun payının isə 34,2 faizə bərabər olacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















