Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi açıldı - FOTOLAR
Sentyabrın 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Təhsil naziri Ceyhun Bayramov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.
Bildirilib ki, Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir.
Mərkəzdə sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin hazırlanması nəzərdə tutulur.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə yaxından tanış olub.
Bildirilib ki, Mərkəz Koreya Respublikasının peşə təhsili modeli əsasında qurulub. Mərkəzdə nəzəri və praktiki bacarıqların formalaşdırılması üçün bütün şərait yaradılıb. Burada təhsil alanlara avtomobilə texniki xidmət göstərməkdən tutmuş İKT-nin yenilikləri əsasında formalaşan modellər öyrədiləcək. Ən müasir maddi-texniki baza ilə təchiz edilən mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur. Tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunacaq. Bu ixtisaslar üzrə təhsilini başa vuran tələbələr üçün davamlı təhsil və geniş iş imkanları yaradılacaq. Onlar öz ixtisaslarını praktiki şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnəcəklər. Səkkiz texniki ixtisasla yanaşı, Mərkəzdə qısamüddətli ixtisasartırma kursları da təşkil olunacaq. Həmçinin tələbələr beynəlxalq sertifikatlı kurslarda iştirak edə biləcəklər.
Bu cür peşə məktəblərinin istifadəyə verilməsi ali məktəblərə qəbul ola bilməyənlər üçün çox mühüm əhəmiyyət kəsb edir. Ali məktəbə qəbul ola bilməyən məzun belə peşə məktəbinə daxil olmaqla peşə vərdişlərinə yiyələnərək gələcəkdə istədiyi sahədə çalışa bilər. Bu cür layihələrin icrası peşə təhsilinin inkişafına töhfə verməklə yanaşı, məşğulluğun artırılmasında da mühüm rol oynayır.
Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynamasının həyata keçirilməsi məqsədilə Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktlar hazırlanıb. Peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçirilən peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması, müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması Yol Xəritəsində qarşıya qoyulan mühüm vəzifələrdəndir.
2018-ci ildə regionlarda və Bakıda fəaliyyət göstərən 55 peşə təhsili müəssisəsinin bazasında 24 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Qeyd olunan istiqamətdə daha iki mərkəzin yaradılması nəzərdə tutulub. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq publik hüquqi şəxs statusu alıb. Digər Peşə Təhsil mərkəzlərinin də publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi istiqamətində hazırlıqlar gedir. Bununla yanaşı, “Azərbaycan peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli 10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf kimi müəyyənləşdirilib. Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi üçün onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi nəzərdə tutulur. Dövlətimizin başçısının Sərəncamına əsasən, 2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında işəgötürənlərlə birgə əməkdaşlıq bu sahənin inkişafı üçün mühüm önəm kəsb edir. Ümumilikdə bu il ərzində peşə təhsili müəssisələrinin 420 nəfərlik mühəndis-pedaqoji heyəti üçün 29 təlim həyata keçirilib. Peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib.
Bütün bunlar isə peşə təhsili sahəsinə birbaşa müsbət təsir göstərməklə özünü gələcəkdə müxtəlif sahədə mütəxəssis kimi sınamaq istəyənlərə geniş imkanlar açır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
8 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
9 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 10 saat əvvəl
-
10 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
10 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb




















