Vasif Talıbovdan “Badamlı”ya il sonu tapşırığı
Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanıb. "Marja" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınmış, Badamlı suyunun mənbəyi yenidən qurulmuşdur. Su öz axını ilə zavoda veriləcəkdir. Xammal anbarı, istehsal və hazır məhsul sahələrindən ibarət olacaq zavodda Fransanın “SİDEL” şirkətinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılır. Üç istehsal xətti olacaq zavodda qazlı və qazsız olmaqla müxtəlif ölçülü qablaşdırmada 15 növdə Badamlı suyu istehsal ediləcəkdir. İstehsal prosesi tam avtomatlaşdırılacaq, məhsulların keyfiyyəti nəzarətdə saxlanılacaqdır. İstifadəyə verildikdən sonra zavodda 200-ə yaxın iş yeri açılacaqdır.
Ali Məclisin Sədri zavodda işlərin ilin sonuna qədər başa çatdırılması, ərazinin abadlaşdırılması və yaşıllıqların salınması barədə tapşırıqlar verib.
Ali Məclisin Sədri deyib: Ötən əsrin 90-cı illərinin ağır dövrü Badamlı qəsəbəsində də insanların rahatlığının pozulmasına səbəb olmuş, çətinliklər yaranmışdır. Məlum olduğu kimi, bu qəsəbə təbii sərvətimiz olan Badamlı suyuna görə tanınıb. 1945-ci ildən sonra Badamlı suyu istehsal olunmağa başlanıb. Keçmiş Sovetlər Birliyinin bütün respublikalarına Badamlı suyu göndərilmiş, bu su həm Badamlı qəsəbəsini və Şahbuz rayonunu, həm də Naxçıvan Muxtar Respublikasını və Azərbaycanı tanıtmışdır. Lakin ötən əsrin 90-cı illərindəki ağır günlər zavodun da fəaliyyətinin pozulmasına səbəb olmuşdu. Ötən dövrdə dövlətimizin qayğısı nəticəsində qəsəbənin inkişafı təmin edilmiş, Badamlı suyunun əvvəlki şöhrəti özünə qaytarılmışdır. Vaxtilə yalnız keçmiş Sovetlər Birliyində tanınan bu su hazırda dünyanın müxtəlif ölkələrinə də ixrac olunur. Qəsəbədə kompleks quruculuq işlərinin görülməsi və Badamlı suyunun istehsalı üçün müasir zavodun inşa olunması sakinlərin rahat yaşayışına xidmət edir. Eyni zamanda, həyata keçirilən bu tədbirlər qəsəbədə məskunlaşmanı daha da artıracaqdır. Ona görə də sakinlər tikilənləri, qurulanları qoruyub saxlamalı, onlardan düzgün istifadə edərək gələcək nəsillərə çatdırmalı, yaşıllıqlar artırılmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 22 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Neft böhranı dərinləşir, qiymətlər artır
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı














.jpg)





