"Energy Aspects": OPEC Vyana anlaşmasını uzadacaq
ABŞ-da neft ehtiyatlarının son hesabat həftəsində gözləntilərin əksinə olaraq azalması OPEC anlaşmasının effektivliyini bir daha təsdiq edib.
"Forexpf.ru" saytı xəbər verir ki, ABŞ-ın nüfuzlu "Energy Aspects" konsaltinq şirkətinin analitikləri hesab edirlər ki, OPEC və ona üzv olmayan ölkələr arasında 2016-cı il noyabrın 30-da Vyanada əldə olunan və yanvarın 1-dən qüvvəyə minən hasilatın azaldılması barədə anlaşma mayın 25-də keçiriləcək növbəti sammitdə daha 6 ay uzadılacaq.
"Energy Aspects"dən verilən məlumata əsasən, neft qiymətlərində son zamanlar müşahidə olunan artım ABŞ-da şist neft hasilatını artırsa da, ehtiyatlarda azalma davam edəcək. Hazırda ABŞ-ın şist neft şirkətləri xərclərini azaltmağa çalışmaqla OPEC-dən asılılıqlarını minimuma endirməyə çalışır. Şirkətin analitik araşdırması göstərir ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələrindən yüklənən neftin həcmi önəmli ölçüdə azalıb və neft bazarı tezliklə bunu hiss edəcək.
Proqnozlar ABŞ və Kanadada bu il gündəlik hasilatın 1 mln. barel artacağını göstərib. Həmçinin, Rusiyanın hələ də öhdəliyinə əməl etməməsi (300 min barel/gün əvəzində hasilatı 156 min barel/gün azaldıb) vurğulanan təhlildə OPEC-in anlaşmanı uzadacağı qeyd olunur. "Energy Aspects" bildirir ki, hazırda OPEC-in qarşısında duran əsas vəzifə neftin ixracını məhdudlaşdırmaqdır. Çünki, hasilatın azaldılmasına baxmayaraq, neft ixracında artım müşahidə edilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 25 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















