Avroya təsir edə biləcək məlumatlar investorların diqqət mərkəzində!
Parlament mane olmasın...
Dünən birjalarda funtun kəskin ucuzlaşması səbəbi İngiltərənin baş naziri Boris Consonun kraliçaya müraciət edərək parlamentin fəaliyyətini 9 sentyabrdan 14 oktyabradək dayandırılmasına nail olmasıdır.
Belə ki sərt "Brexit" tərəfdarı kimi tanınan Conson öz planlarını həyata keçirilməsində parlamenti əsas maneə kimi görür. Parlament ona etimadsızlığı müzakirəyə çıxarmaqla planları poza bilər və Conson öz sələfi Tereza Meyin aqibətini yaşamamaq üçün belə bir gözlənilməz addım atmışdır. Parlament öz fəaliyyətini 3-9 sentyabr aralığında dayandıracaq. 9 sentyabr 14 oktyabr aralığında parlament tətilə yollanacaq. Məhz bu fasilədən faydalanaraq Conson Avropa Birliyi ilə danışıqları davam etdirməyi düşünür. Bu danışıqların hər bir mərhələsi investorların diqqət mərkəzində olacaq. Artıq Boris Conson, ABŞ prezidenti Tramp sayağı bəyanat və hərəkətləri ilə bazarlara ciddi təsir edən fiqura çevrilir.
Bu gün Bakı vaxtı ilə saat 11.55-də açıqlanacaq Almaniyanın işsizlik səviyyəsində dəyişikliklə bağlı göstəricilər avronun qiymətinə təsir edə bilər. Saat 16.30 və 18.00-da ABŞ-dan açıqlanacaq ÜDM, İşsizlik müavinətı üzrə ərizələrin sayındakı dəyişiklik və Yeni mənzil satışları göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
6 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 24 d. əvvəl
- 54 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb






























