Harvard iqtisadçısı: Honq Konqdakı hadisələr qlobal durğunluğa rəvac verə bilər
Harvard Universitetinin iqtisadçısı Carmen Reinhart, Honq Konqda davam edən siyasi çaxnaşmanın dünya iqtisadiyyatı üçün pis ola biləcəyini söyləyib.
"Marja" xəbər verir ki, Reinhart, ABŞ ilə Çin arasında şiddətlənən ticarət müharibəsi daxil qlobal artıma mənfi təsir edən şok hadisələrə diqqət çəkərək, Honq Konqun əsas narahatlıqları arasında yer aldığını qeyd edib.
"Bloomberg Television"da çıxış edən Reinhart, "Hazırda məni çox narahat edən şok, Çində və ümumiyyətlə, Asiyadakı iqtisadi artıma mənfi təsir edə biləcək Honq Konqdakı nümayişlərdir"- deyib.
Beynəlxalq maliyyə sahəsində ixtisaslaşan Reinhart, "Bu etirazlar çox mühüm qlobal yavaşlamaya və hətta durğunluğa rəvac verə bilər",- deyib.
Üç ay əvvəl başlayan hökumət əleyhinə nümayişlər, hazırda Çindəki ləngimədən və ticarət müharibəsindən mənfi təsirlənən Honq Konq iqtisadiyyatı üzərində təzyiq yaradır.
Bu akademik xəbərdarlıq, Boston Fed sədri Erik Rosengrenin Honq Konq böhranının öz qlobal narahatlıq siyahısında olduğunu söyləməsindən bir neçə gün sonra edildi.
Rosengren bu həftə "Bloomberg Television"a verdiyi açıqlamada, "Honq Konqda beynəlxalq bazarlara geniş mənada yayıla biləcək problemlər var. Honq Konq böyük qlobal şəhərlərdən biridir və bu səbəbdən vəziyyətin necə formalaşacağı barədə narahat olmaq vəziyyətindəyik",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)






