Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
- Səhər saat 09:20-də Mərkəzi Bank Martın 15-nə USD/AZN rəsmi məzənnəsini 1.7282 manat səviyyəsində açıqladı.
- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin düşdüyü müşahidə olundu, Dollar əsasən 1.73-1.75 manat səviyyələrindən satıldı. Qeyd edək ki, Dollar Manat qarşısında ötən həftədən ucuzlaşır.
- Günortadan sonra da banklarda Dolların məzənnələrinin düşdüyü müşahidə olundu.
-Yapı Kredi Bank Azərbaycan Dolların satış qiymətini 1.73 manatdan 1.71 manata endirdi. Bu, rəsmi məzənnədən də (1.7282 manat) aşağıdır.
-GünayBank Dolların alış qiymətini 1.7050 manatdan 1.70 manata, satış qiymətini isə 1.7280 manatdan 1.72 manata endirdi.
-AmrahBank Dolların alış qiymətini 1.70 manatdan 1.68 manata, satış qiymətini isə 1.7350 manatdan 1.72 manata saldı.
Bank of Baku Dolların satış qiymətini 1.7330 manatdan 1.73 manata, TuranBank alış qiymətini 1.6850 manatdan 1.68 manata, satış qiymətini isə 1.7450 manatdan 1.73 manata endirdi.
- Axşam saat 17:05-də Mərkəzi Bank 16.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7282 səviyyəsində müəyyən olunduğunu açıqladı (Rəsmi məzənnə dəyişmədi).
Qeyd edək ki, çoxları manatın bahalaşacağına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, Dolların ucuzlaşması, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların bahalaşacağını hesab edir. Bəzi iddialara görə, ABŞ Mərkəzi Bankı Fed Martın 15-də faizi artırarsa Dollar daha da bahalaşacaqdır.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.
- Bir sıra analitiklər proqnozlaşdırır ki, Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi artıq bu ilin ilk yarısında 1,60 AZN/USD səviyyəsinə düşə bilər. Dünya bazarında neft qiymətlərinin artması, ölkə idxalında azalma tendensiyasının başlaması fonunda tədiyyə balansının tarazlaşması ilə bərabər pul kütləsinin azaldılaraq cari vəziyyətə uyğunlaşdırılması dollara tələbatı zəiflədəcək. Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi sterilizasiya əməliyyatları (artıq manatın dövriyyədən çıxardılması) çərçivəsində xarici valyuta ilə spekulyativ əməliyyatların qarşısı alınıb. Neft qiymətlərinin 2017-ci ildə 65-70 dollar/barelə qədər yüksəlməsi proqnozlaşdırılır ki, bu da dolların ucuzlaşması prosesini sürətləndirəcək. Manata müsbət təsir edəcək digər bir amil isə Azərbaycana xaricdən turist axınının gözlənilən artımı ilə bağlıdır. Yay aylarında turist axınının sürətlənməsi dollar təklifini artıracaq və bu mövsümdə nağd bazarda məzənnənin hətta 1,60 AZN/USD-yə kimi enməsi mümkündür.
- Bu gün ABŞ-ın nüfuzlu "Bank of America" da açıqladı ki, Azərbaycan manatının məzənnəsinin daha da möhkəmlənməsi üçün əsaslı potensial yaranıb. Azərbaycan hökuməti tərəfindən fiskal və pul-kredit siyasətindən aparılan korreksiya "müəyyən formada uğurlu olub. Sərt pul-kredit siyasətinə baxmayaraq, manat möhkəmlənmək üçün böyük potensiala malikdir.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 12 d. əvvəl
-
16 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
























