Azərbaycanda elektromobillər üçün doldurma stansiyaları quraşdırılır - ÜNVANLAR
“Azpetrol” şirkəti elektromobil sahiblərinə töhfə olaraq özünün bir çox YDM-lərində elektrik doldurma (elektrik yükləmə) stansiyalarını istifadəyə verib.
Belə ki, “Azpetrol” brendi ilə fəaliyyət göstərən “H.Əliyev prospekti 105”, “H.Əliyev prospekti 108”, “K.Marks”, “Spartak”, “Mayak”, “Mayak-2”, “Babək”, “Nobel”, “Gənclik”, “Mərdəkan”, “Qələbə”, ”Sumqayıt-1”, “Ələt” və “Salyan-2” yanacaqdoldurma məntəqələrində elektromobillərin enerji ilə doldurulması üçün “ABB” şirkətinin İtaliya istehsalı olan “Terra-54” modelli 14 ədəd aparat quraşdırılıb.
Dünyanın ən yaxşı yenilənmiş versiyası olan “Terra-54” çox standartlı DC sürətli enerji doldurma stansiyasıdır (cihazıdır). “Terra-54” artan elektrikli vasitə akkumulyatorun tutumunu dəstəkləyir və 200-500 V DC-da 50 kVt fasiləsiz doldurma təmin edir.
“Terra-54” elektromobilin batareyasını 20-25 dəqiqə ərzində tam doldurmağa imkan verir. Onu da qeyd edək ki, doldurulma müddəti elektromobillərin markasından asılı olaraq dəyişir.
Yuxarıda adı çəkilən “Azpetrol”un YDM-lərində elektromobillərə göstərilən xidmət pulsuzdur.
Bundan əlavə, “Azpetrol” şirkəti yaxın gələcəkdə daha iki – “Kürdəmir Asan” və “Şamaxı Asan” YDM-lərində də elektromobillər üçün yükləmə stansiyalarını istismara verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)












.jpg)

