İki aydır Azərbaycanın ixracı və idxalı azalır
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu 2 milyard 963 milyon 393 min dollar təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 26% azdır.
2019-cu ilin birinci yarısında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 milyard 994 milyon 659 min ABŞ dolları təşkil edib.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 7 milyard 15 milyon 633 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 9 milyard 979 milyon 26 min ABŞ dolları ticarət aparılıb və 2 milyard 963 milyon 393 min dollar müsbət saldo yaranıb.
Ötən ilin birinci yarısı ilə müqayisədə ixrac 15,2%, idxal 50,6% artıb, müsbət saldo isə 26% azalıb.
AYLIQ MÜQAYİSƏDƏ İXRAC VƏ İDXAL AZALIR
İyunda ixrac 1 milyard 358 milyon 136 min dollar, idxal 1 milyard 180 milyon 200 min dollar, müsbət saldo isə 177 milyon 936 min dollar təşkil edib.
Mayda ixrac 1 milyard 531 milyon 180 min dollar, idxal 1 milyard 283 milyon 871 min dollar, müsbət saldo isə 247 milyon 308 min dollar təşkil etmişdi.
Aprel ayı ilə müqayisədə May ayında da Azərbaycanın ixracı və idxalı azalmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
14 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
14 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






















