Azərbaycanda ilk dəfə - “Halal Dönər” brendi
“Səhliyalı” şirkəti Azərbaycanda ilk dəfə olaraq “Halal Dönər” brendini ictimaiyyətə təqdim edib.
Verilən məlumata görə, Şirkətin hazırladığı “Halal Dönər” məhsulunun əsas özəlliyi ət kəsiminin müsəlman adət-ənənələrinə uyğun həyata keçirilməsidir. Şirkətin istehlakçıların rəğbətini qazanmasının əsas səbəbi məhsulun keyfiyyətini və hazırlanma prosesini cəmiyyətə açıq şəkildə nümayiş etdirməsidir.
Məhsulun təqdimatı zamanı dönərlərin ət kəsimindən tutmuş, hazır olunub yeyilmə anınadək baş verən bütün proseslər ictimaiyyətə nümayiş etdirilib. Təqdimat zamanı çıxış edən Türkiyədən dəvət edilmiş qida mühəndisi Mükərrəm Özcan bildirib ki, şirkətin əsas hədəfi Azərbaycan xalqının rəğbətini qazanmaqdır. Onun sözlərinə görə, məhsulun ən əsas özəlliyi onun halal olması ilə bağlıdır:
“Digər bir özünəməxsusluğu isə bu gün hazırlanan dönərin 1 və ya 10 il sonra da eyni standartla və eyni keyfiyyətlə hazırlanmasıdır. Məhsul Almaniyadan gətirilən son texnologiya ilə hazırlanır. Ətlər standart - 2.5 millimetr qalınlığında açılır. Açılan ətlər ət daşıma qazanlarına qoyulur və üzərinə standart miqdarda ədviyyatlar əlavə edilir. Burada qoyulan statndartlardan kənara çıxılması mümkün deyil. Daha sonra ədviyyat əlavə edilmiş ətlər “Thumbler” adlı vakumlu, soyuduculu, masaj aparatına qoyulur. Aparatda təxminən 1.5 saat saxlanılan ədviyyatlı ətlər “Thumbler”in içərisindən çıxarılır və bloklama yerinə aparılır”.
Mühəndis onu da bildirdi ki, daha sonra həmin ətlər xüsusi yerdə paketlənir və qutulara yığılaraq -18 dərəcə olan anbara göndərilir: “Bundan sonra gələn sifarişlər əsasında “halal dönər”lər soyuducusu olan nəqliyyat vasitələri ilə istənilən ərazilərə çatdırılır. Bununla da məhsulun saxlanılması üçün nəzərdə tutulan temperatur halqası qırılmamış olur”.
Mükərrəm Özcan dönərin dondurulmasının səbəblərini də açıqlayıb. Bildirib ki, dönər ətləri -18 dərəcədə müştəriyə çatdırıldığı üçün alıcı onu kəsdiyi zaman ətin sonlarına doğru da temperatur mənfi olaraq qalır və bu da mikrobların yaranmasına imkan vermir. Nəticədə də məhsul xarab olmur: “Amma normal halda şişə taxılan dönərlərdə məhsulun saxlandığı, həmçinin bişirildiyi yer isti olduğu üçün mikrobların yaranması üçün münbit şərait olur. Belə olan halda isə məhsulun xarab olması və zəhərlənmə halları baş verir”.
Bundan başqa şirkətin bişirilmiş, hazır dönər məhsulları da alıcılara təqdim ediləcək. Belə ki, məhsullar “Səhliyalı”nın müəssisəsində bişiriləcək, insan əli dəymədən qablaşdırılacaq və -18 dərəcədə istehlakçılara çatdırılacaq. Alıcılar da onu tava, mikrodalğalı sobalarda isidib, rahatlıqla yeyə biləcəklər. Qeyd edək ki, halal qidalardan hazırlanan dönər qısa müddət ərzində şirkətin yeni açacağı dönərxana şəbəkələrində və “Səhliyalı”nın əməkdaşlıq etdiyi digər müəssisələrdə də alıcılara təqdim ediləcək.
Dünya standartlarına uyğun olaraq xüsusi reseptlə hazırlanan dönərin digərlərindən fərqi uzun müddət saxlanıla bilməsidir. Bu dönər AZS 104-2003 şərtlərinə uyğun olaraq istehsal edilir və Respublika Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən sertifiaklaşdırılıb. Dönərdə istifadə olunan dana və qoyun ətləri şirkətin mal-qara kəsim müəsisəsində HALAL üsulla kəsilən 1-ci kateqoriyalı heyvanlardan emal olunur. Artıq 21 ildir fəaliyyət göstərən şirkətin əsas hədəfi istehlakçıya dadlı və ləzzətli dönərin təqdim edilməsidir. “Səhliyalı” şirkəti istehsal etdiyi məhsulun keyfiyyətinə tam zəmanət verir və istənilən zaman arzu edən müştəriləri istehsal ilə tanış etməyə hazırdır.
© Qafqazinfo
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
9 d. əvvəl
"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB
-
49 d. əvvəl
Azərbaycanda ilk "Subway" restoranının hansı ərazidə açılacağı məlum olub
-
-
55 d. əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 saat əvvəl
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
- 2 saat əvvəl
-
2 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 20 faizdən çox artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Lizinq şirkətində növbədənkənar ümumi yığıncağı keçiriləcək
“Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!
Ən çox oxunanlar
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
Azərbaycan neftnin son qiyməti
"PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 20 faizdən çox artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
Asiya bankı: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 1,9 % artacaq
Rəsmi məzənnələr açıqlandı
"PAŞA Sığorta"nın maliyyə vəziyyəti açıqlanıb - GƏLİRLƏRİ VƏ MALİYYƏ MƏNFƏƏTİ ARTIB
Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb

















