Azərbaycandan dünyada yeni kəşf edilmiş iri neft yatağı üçün kabel ixrac edilib
Dünyanın yeni kəşf edilmiş ən böyük neft yatağı STP Kabel məhsulları ilə işıqlanacaq.
Azərbaycanın ən böyük kabel ixracatçısı olan Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın Tengiz yatağının elektrik xətlərinin qurulması üçün nəzərdə tutulmuş kabel məhsullarının ixracını həyata keçirib. Tengiz yatağı dünyada son dövrlərdə kəşf edilmiş ən iri neft yatağıdır.
İyun ayının 4-ü və 10-u Tengiz yatağının istismarını həyata keçirən "Tengizchevronoil" şirkətinin layihəsinin kabel ilə təchiz olunması məqsədilə STP 2 müqavilə imzalayıb. Müqavilələr, STP-nin neft yatağı üçün ümumi dəyəri 329 min ABŞ dolları olan 55 tona yaxın mis damarlı alçaq gərginlikli kabellərin ixracını nəzərdə tutur. İxracı nəzərdə tutulmuş məhsulların bir qismi qısa zamanda istehsal olunaraq iyunun 24-ü göndərilib. Məhsulların digər qismi isə yaxın günlərdə Qazaxıstana ixrac ediləcək.
Tengiz neft yatağı üçün qarşıdan gələn aylarda yeni kabel satışı müqavilələrinin bağlanması da nəzərdə tutulur.
Ümumiyyətlə 2019-cu il ərzində, STP-nin kabel məhsullarının satışı həm yerli, həm də beynəlxalq bazarlarda önəmli dərəcədə artıb. Belə ki, 2019-cu ilin mart-aprel ayında STP Respublika tarixinin ən böyük kabel ixracını həyata keçirmişdi.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib.
Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, Polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
6 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
7 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















