Bu gün sığorta şirkətlərinin rəhbərləri Palatada toplaşacaq
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu gün sığorta şirkətlərinin rəhbərlərini toplayır. Sığorta şirkətlərindən əldə edilən məlumata görə, əsas müzakirə mövzusu icbari avtomobil sığortası ilə bağlı endirimlər olacaq.
Qeyd edək ki, Palata ötən ilin may ayından etibarən icbari avtomobil sığortası üzrə endirim, hədiyyə və güzəştlərlə bağlı ciddi qadağalar tətbiq etməyə başlamışdı. Nəticədə sığorta bazarında bu istiqamətdə ciddi dönüş müşahidə edilirdi.
«İcbari sığortalar haqqında» Qanunun 12.4-cü maddəsinə əsasən, sığortaçı daxil olan sığorta haqlarının 20 faizədək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15 faizədək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə, verilən komisyon muzdlara sərf edə bilər. Amma ötən ilin sonunda etibarən bəzi iri sığorta şirkətlərinin qadağalara məhəl qoymaması sonda bazarda endirimlərin 30%-ə qədər yüksəlməsinə gətirib çıxarıb. Palata bu məsələni yenidən diqqətdə saxlayır. Sığorta bazarında endirimlərlə bağlı qadağalara riayət etməyən sığorta şirkətlərinə və onların rəhbərlərinə qarşı ciddi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.
MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov sığorta şirkətlərinin rəhbərləri ilə görüşü təsdiqləyib. O bildirib ki, bununla bağlı daha sonra ətraflı məlumat veriləcək.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























