"Hasilatın azaldılması anlaşması uzadılmalıdır"
OPEC və kartelə üzv olmayan neft hasilatçısı ölkələri noyabrın 30-da Vyanada qəbul olunan və yanvarın 1-dən tətbiq edilməyə başlanılan hasilatın azaldılması barədə anlaşmasını uzatmalıdır. ""RİA Novosti" xəbər verir ki, bunu Küveytin neft naziri Əssam əl-Məzruk "Kuna" agentliyinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Küveyt iyun ayında vaxtı bitəcək bu anlaşmanın uzadılması ideyasını dəstəkləyir: "Anlaşmanın uzadılması neft bazarında tarazlığın bərpa edilməsini sürətləndirəcək. Nəticədə, neft qiymətləri hasilatçı ölkələr və ümumilikdə, neft sektoru üçün lazımi səviyyəyə yüksələcək".
Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novakın dünən, martın 13-də verdiyi açıqlamada anlaşma iştirakçılarının hələ prolonqasiyanı müzakirəyə çıxarmadığı, bu mövzunun martın sonunda Küveytdə keçiriləcək monitorinq qrupunun iclasında müzakirəsinin istisna olunmadığı bildirilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 25 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















