İstirahət günlərinə olan hava proqnozu açıqlandı
İstirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin yağışlı olacağı gözlənilir.
Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində iyunun 29-da hava yağmursuz keçsə də, iyunun 30-da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında fasilələrlə yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da əsasən axşam saatlarında yağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında iyunun 29-u gündüz saatlarından arabir güclənən şimal-qərb küləyinin iyunun 30-da daha da güclü olacağı gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 34 d. əvvəl
-
49 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 58 d. əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
1 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir






















