“Günay Sığorta” yeni reklam çarxını təqdim edib
(®) Azərbaycanın ilk özəl Sığorta şirkəti olan “Günay Sığorta” 50/50 kasko Sığorta məhsulu üçün hazırladığı reklam çarxını təqdim edib.
Yeni reklam çarxı məşhur “Cinealliance” şirkəti tərəfindən “50/50 – Sərfəlidən də sərfəli” şüarı altında hazırlanmışdır. Reklam çarxı şirkətin Youtube, Facebook və İnstagram səhifələrində yerləşdirilmişdir.
Həmçinin şirkətin rəsmi Facebook səhifəsində (https://www.facebook.com/gunayinsurance/videos/1220688121436042/) müsabiqə elan olunmuşdur. Qalibə 100 AZN-lik yanacaq kartı və videoregistrator hədiyyə olunacaq. Müsabiqə 05.07.2019-cu il tarixinə kimi davam edəcəkdir.
Qeyd edək ki, “Günay Sığorta” ASC-nin təklif etdiyi 50/50 kasko məhsulu avtomobili yarı qiymətə sığortalamaq imkanı verir. Belə ki, avtomobili sığortalayarkən müştəri sığorta haqqının birinci yarısını sığorta müqaviləsi bağlanan zaman ödəyir, ikinci yarısı isə sığorta hadisəsi baş versə sığorta ödənişindən çıxılır. Lakin sığorta müddəti ərzində hadisə baş vermədiyi halda sığorta haqqının ikinci yarısı (50%-i) müştəridən tələb olunmur.
Məsələn: dəyəri 10 000 AZN olan avtomobili 100 AZN azadolma ilə sığortalamaq üçün müştəri ortalama olaraq 288 AZN sığorta haqqı ödəməlidirsə, 50/50 məhsulu ilə cəmi 144 AZN (50%-i) ödəyir. İl ərzində qəza baş vermədiyi halda sığorta haqqının ikinci hissəsini ödəmək lazım olmayacaq.
Əlavə təminatlar:
- Hadisə zamanı taksi xidməti
- Sığorta hadisəsi baş verdikdə pulsuz evakuasiya xidməti.
Məhsulu əldə etmək üçün müştərilər şirkətin məlumat mərkəzinə zəng edə (012 990), saytına (www.gunaysigorta.az) , rəsmi facebook səhifəsinə (www.fb.com/gunayinsurance/ ), instagram səhifəsinə (https://www.instagram.com/gunay_insurance/ ) müraciət edə və yaxud şirkətin baş ofisinə, nümayəndəliklərinə və satış nöqtələrinə yaxınlaşa bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























