"Meyvələri qurudub satmağı nəzərdə tuturuq"
Şəmil Cahangirov heç təsəvvürünə də gətirməzdi ki, qısa vaxtda nəinki Göygöl rayonunda, eləcə də ölkədə sayılıb-seçilən iş adamlarından olacaq. İndi işgüzar təsərrüfat rəhbərlərindən söhbət düşəndə Göygöl rayonunda onun adını birincilər sırasında çəkirlər.
Biz təsərrüfata onunla vədələşdiyimiz vaxtdan bir qədər tez gəldik. Vaxtdan istifadə edib bağları gəzdik. Sıralanmış üzüm və şaftalı ağaclarına baxdıqca adamın ürəyi dağa dönürdü. Çox çəkmədi ki, Şəmsi gəldi. Salamlaşdıqdan sonra dedi ki, rəhbərlik etdiyi təsərrüfatın ərazisi çox genişdir. Əsasən Göygöl rayonunda fəaliyyət göstərsələr də, əkin sahələrinin müəyyən hissəsi Samuxda, müəyyən hissəsi Goranboy rayonu ərazisindədir.
Öyrəndik ki, təsərrüfat 10 ildir yaradılıb və bu müddətdə çox iş görülüb. Cəmi 21 hektar sahədə təsərrüfat yaradan iş adamı sonralar fəaliyyətini genişləndirərək əkin sahələrini 80 hektaradək artırıb. 2013-cü ildə Göygöl rayonu ərazisində 40 hektar torpaq sahəsi alıb 14 hektarında İran İslam Respublikasından gətirdiyi kişmiş tingləri əkib. Bağın suvarılması üçün subartezian quyusu qazdıraraq istifadəyə verib. Bağlar damcı suvarma üsulu ilə suvarıldığından su itkisinə yol verilmir. Hər il həmin bağlardan bol məhsul götürülür.
Üzümün qazanclı olduğunu görən sahibkar digər meyvə bağları da salmağı qərara alıb. Bu məqsədlə 2014-cü ildə İspaniyadan 18 min şaftalı tingi gətirərək 25 hektarda yeni bağ salıb. Bağın suvarılması üçün subartezian quyusu qazdırıb. Bu sahədə təcrübəli mütəxəssisləri ətrafına toplayan Şəmil Cahangirov 4 ildən sonra bağlardan 400 ton meyvə toplayıb. Onun 150 tonunu daxili bazarlarda satılıb, 250 tonunu Rusiya və Ukraynaya ixrac edib.
Söhbət zamanı məlum oldu ki, iş adamı iqtisadi cəhətdən daha səmərəli olan meyvə bağlarının sahəsini genişləndirmək üçün əvvəllər xurma əkilmiş 2,1 hektarda gilas bağları salmış və meyvəqurutma müəssisəsi yaratmışdır. Müəssisədə Çindən gətirilmiş müasir avadanlıqlar quraşdırılmışdır. Hazırda müəssisənin yaxınlığında 1250 tonluq soyuducu anbar tikilir. Bu imkan verəcək ki, meyvəqurutma müəssisəsi fəaliyyətini il boyu davam etdirsin.
Bundan başqa, təzəlikcə müasir plastik tara istehsalı sexi də istifadəyə verilmişdir.
Təsərrüfatı dəqiq və səmərəli idarə etmək Şəmsinin əsas iş üsullarındandır. Deyir ki, əvvəllər üzümü xarici bazarlara təzə halda göndərirdilər: "Bu, o qədər də gəlirli olmurdu. Artıq bu ildən etibarən onu qurudaraq kişmiş kimi də satacağıq. Ümumiyyətlə, gələcəkdə həm öz təsərrüfatımızda istehsal olunacaq, həm də ayrı-ayrı vətəndaşlardan satın alınacaq meyvələri - ərik, gavalı, alma, armud və s. qurudub satmağı nəzərdə tuturuq”.
Təsərrüfat texnika sarıdan da çətinlik çəkmir. Əkin traktoru, müxtəlif qoşqular, çiləyicilər, torpaq yumşaldan, ağac dibi şumlayan, alaq otlarını təmizləyən və s. texnikaları var. Təsərrüfatın işçi qüvvəsi də az deyil. Belə ki, təsərrüfatda 35 nəfər daimi, 70 nəfərə yaxın mövsümi işlərə cəlb edilir.
Təsərrüfatın rəhbəri onu da vurğuladı ki, görülən işlər onu arxayınlaşdırmır. O, fəaliyyətini genişləndirməklə daha çox və daha keyfiyyətli məhsullarla xarici bazarlara çıxmaq arzusundadır. Bunun üçün isə ölkəmizdə iş adamlarına münbit şərat yaradılıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Azərbaycan”
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Bank of America: Qızılın qiyməti 2026-cı ildə 5 min dollara çata bilər
-
5 saat əvvəl
Nəhəng bank qızılın qiymətinin 5150 dollara yüksələcəyini proqnozlaşdırır
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
-
6 saat əvvəl
Azərbaycana turist axını ərəb və MDB ölkələrindən gələnlərin sayı ilə əlaqədar olaraq azalıb
-
6 saat əvvəl
Sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum tutulacaq
- 6 saat əvvəl
-
6 saat əvvəl
AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
Bolt sürücüsüz dövrə başlayır
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası




















.jpg)


