Ərdoğandan İstanbul seçkisi nəticələri barədə açıqlama
Türkiyə Prezidenti və Ədalət İnkişaf Partiyasının sədri (AK Parti) Rəcəb Tayyib Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyə sədri seçkisi nəticələrinin İstanbul üçün xeyrlərə vəsilə olmasını diləyərək, qeyri -rəsmi nəticələrə görə seçkini qazanan Əkrəm İmamoğlunu təbrik edib.
Marja xəbər verir ki, Ərdoğan, Twitter hesabından verdiyi açıqlamada, rəsmi olmayan nəticələrə görə, İstanbul Böyükşəhər Bələdiyyə sədrliyini qazanan İmamoğlunu təbrik edib.
Prezident Ərdoğan, "İstanbul Böyükşəhər Bələdiyyə sədri seçki nəticələrinin İstanbulumuz üçün xeyrlərə vəsilə olmasını arzulayıram. Milli iradə bu gün bir daha təzahür etmişdir. Qeyri-rəsmi nəticələrə görə seçkini qazanan Əkrəm İmamoğlunu təbrik edirəm",- ifadələrini istifadə edib.
Ərdoğan bundan əvvəl olduğu kimi sonrakı prosesdə də demokratiyadan, hüququn aliliyindən, ölkənin sülh, rifah və sabitliyindən güzəşt olmayacağını, Cümhur İttifaqının prinsipləri çərçivəsində, birlik və bərabərlik içində, 2023 hədəflərinə gedəcəklərini vurğulayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
İlk nəticələrə görə, Prezident Rəcəb Tayib Ərdoğanın rəhbərlik etdiyi Ak Partinin namizədi Binali Yıldırım 45,09 faiz, CHP-nin namizədi Ekrem İmamoğlu 54,03 faiz səs toplayıb. CHP-li Əkrəm İmamoğlu, İstanbulda təkrarlanan seçkini AKP-li Binalı Yıldırıma 806 min 415 səs fərqlə yenidən qazanıb.
İstanbulda Əkrəm İmamoğlunun qalib gəlməsi Türk Lirəsinin dəyər qazanmasına səbəb olub. Gecə saatlarında 5.73 səviyyələrini görən Dollar/TL məzənnəsi bu dəqiqələrdə 0,8% geriləmə ilə 5.7725 səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat əvvəl
-
9 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
17 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)








.jpg)





