Naxçıvan iqtisadiyyatı 1,2% artıb
Muxtar respublikada 2019-cu ilin yanvar-may aylarında 985 milyon 236 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2157,3 manat olmuşdur.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 441 milyon 725 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 399 milyon 82 min manat vəsait yönəldilmişdir. Bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 382 milyon 752 min manatı və ya 95,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
2019-cu ilin yanvar-may aylarında 54 milyon 392 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 9166 ton, süd istehsalı isə 36317,4 ton olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı isə 2 faiz artmışdır.
2019-cu ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 21 milyon 525 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 17 milyon 111 min 200 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,7 faiz artmışdır.
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2019-cu ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 34 milyon 638 min manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 51,3 faiz çoxdur. Verilmiş kreditlərin 5 milyon 101 min 300 manatı və yaxud 14,7 faizi qısamüddətli, 29 milyon 536 min 700 manatı və yaxud 85,3 faizi uzunmüddətli kreditlər olmuşdur.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
1 iyun 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 81450-yə çatmışdır. Bunun da 72107-si və ya 88,5 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-may aylarında açılmış 10969 bank hesabının 10929-u aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 iyun 2019-cu il tarixə 1276-ya çatmışdır.
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2019-cu ilin yanvar-may aylarında 151 milyon 89 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 127 milyon 395 min ABŞ dolları təşkil etmiş, 103 milyon 701 min 100 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
2019-cu ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 436,8 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur.
1 may 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3228 nəfər artaraq 457 min nəfərə yaxın olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
6 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
7 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
7 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
7 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
7 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
8 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
8 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır


























