"Vertu" şirkətini satın aldı
Böyük Britaniyanın "The Daily Telegraph" qəzeti, lüks cib telefonları ilə tanınan "Vertu" şirkətinin Hakan Uzan tərəfindən satın alındığını yazıb.
"Marja" xəbər verir ki, sözcüsü vasitəsilə "Telegraph"a məlumat verən Uzan, "Vertu niş bir bazarda tanınan güclü bir markadır. "Vertu"nun potensialını reallaşdıracaq sərmayələr yatırmaq və qrupla birlikdə işləmək üçün səbirsizlənirəm" deyə bildirib.
Qəzetə görə 40 min sterlinqlik qiymət etiketilə dünyanın ən bahalı cib telefonlarından bəzilərini satan və mərkəzi ofisi İngiltərədə olan "Vertu" üçün Uzanın Kiprdəki şirkəti "Baferton Ltd." 50 milyon sterlinq ödəyib.
Qəzetin iqtisadiyyat müxbiri Christopher Williams, Uzan ailəsini "Sürgündəki sirrli Türk iş xanədanı" olaraq təriflərkən, Hakan Uzanın həm ABŞ Prezidenti Donald Trump ilə, həm də "Vertu" şirkətini quran Nokia ilə məhkəmədə olduğunu xatırladıb.
2000-lərin sonuna doğru kiçilməyə gedən "Nokia", "Vertu"nu 175 milyon sterlinq qarşılığında EQT adlı bir sərmayə fonduna satmış, 2015-də isə şirkəti Hong Konq-un "Godin Holdinq"i almışdı.
Son məlumata görə, "Vertu" şirkəti 2014-cü ildə 110 milyon sterlinqlik satışa baxmayaraq 53 milyon sterlinq zərər edib.
"Vertu"nun İdarə Heyətinin sədri Gordon Watson isə satışla əlaqədar "Telegraph"a bunları söyləyib:
"Baferton bizim vizionumuzu paylaşır: Hər il 1.5 milyard ağıllı telefonun satıldığı dünyada yüksək keyfiyyətli, imtiyazlı və xüsusi xidmətləri olan məhsullara tələb var. "Baferton" ilə birlikdə "Vertu"nu inkişaf etdirəcəyik."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 25 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















