Neft, ABŞ-da istehsalın artması ilə düşür - 10%-ə yaxınlaşdı
Neft qiymətləri, ABŞ-da neft istehsalçılarının fəaliyyətlərini artırması və bunun da qlobal hasilat çoxluğunu azaltmaq üçün OPEC-in səylərini heç etməsilə əlaqədar olaraq ucuzlaşır.
"Marja" xəbər verir ki, Baker Hughes Inc.-ın açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı 2015-ci ilin Sentyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxıb.
Neft qiymətləri, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin 1 Yanvardan etibarən qlobal hasilat çoxluğunu azaltmaq üçün istehsalı azaltmağa başlamasından keçən həftəyədək 50 dolların üzərində dalğalanırdı. ABŞ-da hasilatın və ehtiyatların artması ilə bağlı olaraq neft keçən həftə 50 dollardan aşağı düşdü. ABŞ-da xam neft ehtiyatları rekord səviyyəyə çıxarkən və istehsal bir ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb. Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih, qlobal təklifin gözləniləndən daha yavaş azaldığını söyləyib.
Analitiklər bildirir ki, təklif tələbi üstələmiş kimi görünür və buna görə diqqətlər yenidən bazardakı təklif çoxluğuna çevrilir. OPEC ehtimalla qiymətlər 40 dollara yaxınlaşana qədər hərəkətə keçməyəcək.
Qərb Teksas neft (WTI) Nymex birjasında 59 sent düşərək bareli 47.90 dollara qədər, Brent nefti Londonda ICE Futures Europe birjasında 52 sent ya da 1% düşərək bareli 50.85 dollara qədər enib. Qiymətlər keçən həftə 8.1% düşüb. Beləliklə, neftin ucuzlaşması 10%-ə yaxınlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 25 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















