"120 milyon avroluq zavodu biz tikirik" - 650 iş yeri açılacaq
İlkin hesablamalara görə, 120 milyon avro investisiyanın tələb olunduğu Göygöl Buğda Nişastası Dərin Emalı Zavodunun tikintisi "Tunay" - Z.A. ASC şirkətlər qrupuna həvalə olunub.
"Tunay" - Z.A. ASC-nin təsisçisi və Baş direktoru Zaur Mirzəyev "Marja"ya bildirdi ki, rəhbərlik etdiyi şirkət Göygöl rayonunun Çaylı kəndi ərazisində Azərbaycanın "Run Group" şirkətinin sifarişi ilə Buğda Nişastası Dərin Emalı Zavodunun inşası işlərini həyata keçirir:
"Zavodun tikintisi üzrə podratçı "Tunay" - Z.A. ASC-dir. Artıq ərazidə abadlıq işlərini görmüşük, eyni zamanda bir neçə binanın bünövrəsini qazmışıq və 5 hekar ərazini yararsız torpaqdan təmizləmişik. "Run Group" ilə bağladığımız müqavilənin dəyəri 43 milyon manatdır. Bu məbləğ dəyişə də bilər. Zavodun avadanlıqlarının quraşdırılması üçün də təkliflərimizi də "Run Group" şirkətinə təqdim etmişik".
Zaur Mirzəyev qeyd etdi ki, zavodun tikintisi üzrə işlərin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.
"Biz fəxr edirik ki, sahəsində istehsal gücünə görə dünyada ən böyük zavodun tikintisini aparırıq. Qeyd edim ki, 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu gündəlik 800 ton buğda emal edə biləcək. Dünyada bu gücə malik buğda nişastası dərin emalı zavodu yoxdur".
Zaur Mirzəyev məlumat verdi ki, rəhbərlik etdiyi şirkət keçmiş sovet dövründən qalmış tikinti müəssisəsnin bazasında yaradılıb, 2014-cü ildən isə "Tunay" - Z.A. ASC adı ilə fəaliyyətini davam etdirir.
""Tunay" - Z.A. ASC bir sıra iri və ortamiqyaslı layihələrin icrasını həyata keçirib. Məsələn, Beyləqan-Yevlax-Mingəçevir yolunun, Quba-Xaçmaz bölgəsində yolların, Şəmkir və Ağstafada məktəblərin tikintisini uğurla icra etmişik".
İş adamı əlavə etdi ki,"Run Group" şirkəti Göygöl rayonu ərazisində 5 ulduzlu otelin, sanatoriyanın, 480 yerlik məktəbin və 120 yerlik bağçanın tikintisini də "Tunay" - Z.A. ASC-yə həvalə edib.
Qeyd edək ki, Buğda Nişastası Dərin Emalı Zavodunun inşasının maliyyələşməsini Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və "Run Group"un birgə təsis etdiyi "CNTIC & Run Group" şirkəti həyata keçirir. Zavodda dünyanın ən müasir texnika və texnologiyaları tətbiq ediləcək. Gündəlik 800 ton buğda emal edə biləcək zavodun tam gücü ilə işləməsi üçün 300 000 ton buğda lazım olacaq. “Run Group” və “Dagan” şirkətinin birgə yaratdıqları “Dagan & Run Group” şirkəti Göygöl Buğda Nişastası Dərin Emalı Zavodu üçün qabaqcıl texnologiyalarla buğda yetişdirmək niyyətindədir.
Buğda Nişastası Dərin Emalı Zavodunun inşası işlərinin Baş podratçısı Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupuna daxil olan "Ayson Geotektnik ve Deniz İnşaat A.Ş" şirkəti, potratçılar isə "Tunay" - Z.A. ASC və Sİ-Qrupdur.
Göygöl Buğda Nişastası Dərin Emalı Zavodu istismara veriləndən sonra burada 650 nəfərlik iş yeri açılacaq. Zavodun istehsal edəcəyi məhsulun 98 faizinin xaricə ixrac olunacağı, 2 faizinin isə daxili bazara çıxarılacağı planlaşdırılır. Qeyd edək ki, nişastadan qida sənayesində və tibdə istifadə olunan 12 adda məhsul hazırlanır.
Müştərilərin xəbərləri
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 2 gün sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Könüllü sığorta bazarı 15 %, icbari sığorta bazarı 7 %-ə yaxın böyüyüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Füzulidə DOST məntəqəsi fəaliyyətə başladı
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
Ən çox oxunanlar
Trendyol ilin “Əfsanə günlər”ini elan edir
Nazir Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib
“Shield NxG IAM & Cybersecurity Event” – Maliyyə sektorunda kibertəhlükəsizliyə yeni yanaşma
Azərbaycanda meyvə bağlarına dəymiş zərərə görə rekord məbləğdə sığorta ödənişi edilib
Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon ədəd yaxınlşdı
Banklar bu il 107 milyon manat daha çox mənfəət əldə ediblər


















.jpg)
.jpg)


.jpg)

