Palatadan “AXA MBask” şirkəti barədə yeni qərar
“AXA MBask” Sığorta Şirkətinə icbari sığorta növlərinin satılmasına görə verilmiş icazələr ləğv edildi
Maliyyə Bazarlarına Nəzarət Palatsı sığorta sektorunda lisenziyasının qüvvəsi məhdudlaşdırılan sığortaçı və lisenziya verilən sığorta vasitəçiləri barədə məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə əsasən Palatanın İdarə Heyətinin 10 may 2019-cu il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Bağırlı Elçin Mübariz oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“AXA MBask” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin müraciəti əsasında Palatanın İdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 105.1.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq “AXA MBask” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “AXA MBask” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
13 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 17 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb






.jpg)
.jpg)








.jpg)






