Bakıda Range Rover-in yeni modeli təqdim edildi - QİYMƏTİ

Böyük Britaniyanın ən böyük avtomobil istehsalçısı “Jaguar Land Rover” şirkətinin premium kompakt (yığcam) SUV modelinin - tam yeni Range Rover Evoque-un Azərbaycanda satışına başlanılır.
“Marja”nın məlumatında görə, Mayın 11-də "Jaguar Land Rover" avtomobillərinin Azərbaycanda rəsmi dileri olan “Avtolüks-Azərbaycan” MMC-nin Bakıda Aşıq Molla Cümə küçəsi 42B ünvanında yerləşən salonunda yeni Range Rover Evoque 2020 modelinin media üçün təqdimatı keçirilib.
Təqdimat mərasimində salonun direktoru Elmir Xəlilov bildirdi ki, əsas dizayn xətləri qorunub saxlanılsa da yeni Range Rover Evoque sələfindən 99,9% yenidir.
1-ci nəsil “Evoque” 8 il əvvəl (2011-də) bazara çıxarılıb. Yeni Evoque, ölçülər baxımdan yerini aldığı model ilə təxminən eynidir. Ön hissədə, Range Rover Velar modelində gördüyümüz fara, radiator barmaqlığı və incə fara istifadə edilmişdir. Bu səbəbdən yolda gedərkən gördüyünüz avtomobilin Velar, yoxsa Yeni Evoque olduğunu anlamaya bilərsiniz.
İkinci nəsil Evoque-un arxa hissəsi haqqında da eyni şey demək olar: Nazik arxa fənərlərə görə Velar modelinə çox bənzəyir.
4.37 metr uzunluğa malik Evoque, sələfindən daha çox baqaj həcminə və xüsusilə arxa kresloda əyləşən sərnişinlər üçün daha çox diz məsafəsinə malikdir. Yeni Evoque-da 20 mm daha çox diz məsafəsi mövcuddur. Baqaj həcmi də 6 faiz artımla 591 litr olub və arxa kreslolar bağlanan zaman bu 1383 litrə qalxır.
Bildirildi ki, yerli diler, şəhər korssoveri Evoque-un 2.0 litr həcmli 250 at gücünə malik variantını idxal edir. Gələcəkdə sifariş və maraqdan asılı olaraq dizel və hibrid mühərrikli variantların idxalı da mümkündür.
Avtomobil 9 pilləli avtomatik sürətlər qutusu ilə təchiz olunur.
Avtomobilin salonunda yer alan iki ayrı ekran üzərindən nizamlamaları apara və ya ətrafı təqib edə bilərsiniz.
Ortadakı qoltuq altındakı yer planşet, çanta və ya qatlanan çətirinizi qoya biləcəyiniz qədər genişdir. Qapı içindəki gözlərə əlavə sahələr əlavə olunmuşdur. Həmçinin salonda əlavə əşya gözləri də əlavə olunmuşdur. Yeni Evoque-un salonunun praktikliyi əvvəlki nəsli ilə müqayisədə artırılıb.
“Jaguar Land Rover” markası Evoque ilə daha geniş kütlələrə xitab edərkən, xüsusilə qadınların da ən çox arzuladığı krossoverlərdən birini ortaya çıxarmışdır.
“ÖN KAPOTU GİZLƏDƏN” TEXNOLOGİYA
Range Rover Evoque-da çoxlu texnoloji yenilik mövcuddur. Məsələn, Yeni Range Rover Evoque dünyada ilk olaraq "ön kapotu gizlədən" bir texnologiya təqdim edir. “Grand View” adındakı bu texnologiya, kameralar vasitəsilə maşının ön tərəfini 180 dərəcə müşahidə ediləcək şəkildə salondakı ekrana əks etdirir. Mühərrik kapotu həqiqi mənada olmasa da, rəqəmsal olaraq bu ekranda yox olur! Bu sayədə dar park yerlərində və ya çətin ərazi şərtlərində Evoque-un qarşıdan dəyə biləcəyi maneələr görünür.
Digər bir həyatı asanlaşdıran xüsusiyyət isə ortadakı müşahidə güzgüsündə yer alır. Əgər arxa kresloda əyləşən sərnişinlərin başlarına və ya baqaja yüklədiyiniz qabaritli bir əşyaya görə orta güzgüdən arxanı görə bilmirsinizsə, orta güzgünün altındakı bir düyməni basırsınız. Bu sayədə arxadakı kamera işə düşərək arxanı ortadakı güzgüyə əks etdirir.
Range Rover Evoque süni zəka istifadə olunan avtomobillər arasında yer alır. “Smart Settings” adındakı alqoritmlər sürücünün vərdişlərini zaman içərisində öyrənir və lazımi nizamlamaları özü həyata keçirir.
Həmçinin Apple Car Play ilə avtomobilin multimedia sisteminə qoşulmaq, avtomobilin daxilində 4G Wi-Fi hotspot yaradılması və ya İncontrol adlı proqram ilə yeni Evoque-un vəziyyətini mobil telefonunuzdan izləməyiniz mümkündür.
QİYMƏTİ
“Avtolüks-Azərbaycan” şirkəti Range Rover Evoque-u 75 min dollardan başlayan qiymətlər ilə təklif edir.
Sonda qeyd edə bilərik ki, Range Rover Evoque məyus olmayacağınız mükəmməl bir avtomobildir.k
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
15 d. əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
-
-
58 d. əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
1 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə seminarı ilk dəfə Bakıda
-
2 saat əvvəl
2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq
-
2 saat əvvəl
Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Ən çox oxunanlar

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
